Şriftin ölçüsü / 651

Seçkinin nəticələri istənilən halda daxili və xarici syasətdə özünü göstərəcək

09 Iyun 2015 [14:03]

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevin Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı "OLAYLAR”-a müsahibəsi

-Elşən bəy, Türkiyədə keçirilən seçkilərin nəticələrini necə dəyərləndirirsiniz və sizcə AKP hansı partiya ilə koalisiyaya gedəcək?

-Bu seçkilər öncədən göründüyü kimi AKP-nin mütləq hakimiyyətinə son qoymuşdur. Son bir neçə ildə gedən iqtidar və müxalifətin bir birinə olan ittihamlarının nəticəsini gördük. Reallıq odur ki, AKP 10 faizdən artıq səs itkisilə 41 faizlə təkbaşına iqtidar ola bilməyəcək. Türklərin öz dili ilə desək ən azı "azınlıq hökuməti” qurulmalıdır ki, bunun özü də çox çətin görünür. Yəni bir koalision hökumətin qurulması vacibliyi ortalıqdadır. İkinci partiya olan CHP-nin bu ortaqlığa girməsi inandırıcı deyil, bunu seçkiöncəsi və seзki sonu CHP-nin verdiyi bəyanatlar təsdiq edir. Təxminən 16.5% lə 3 –cü partiya olan MHP isə bu ortaqlığa prinsip etibarı ilə gedə bilər, amma artıq MHP bəyan edib ki, belə bir ortaqlıq Ərdoğansız bir AKP ilə ola bilər. Bu da o deməkdir ki, prezident olaraq Ərdoğan proseslərdən kənarda qalmalıdır, hətta onun səlahiyyətlərinin məhdudlaşdırılması və digər addımlar da tələb oluna bilər. Qalır təxminən 13% səs alan HDP ilə koalisiya qurmaq. Bu daha real görünə bilər. İnanmıram ki, bu riskin altına AKP girsin. Bildiyiniz kimi etnik kürdlərin partiyası olaraq HDP ilk dəfə olaraq 13% səs alıb. Bu keçən seçkilərdən 2 dəfədən çox artıqdır. Bunun özü artıq qələbə hesab oluna bilər. İndiyə kimi Türkiyə Cümhuriyyəti hökumətində partiya olaraq təmsil olunmayan kürd partiyası olaraq HDP də koalisiya ortaqlığı danışıqlarında şərtlər irəli sürə bilər. Amma istənilən halda bu ortaqlığın məsuliyyətini türk xalqı qarşısında AKP daşıya biləcəkmi? Bu aydın deyil. Digər bir yol isə yumşaq koalisiyada MHP və ya CHP ilə anlaşmadır. Bu da o deməkdir ki , həmin partiyalar hakimiyyətdə təmsil olunmaqdan imtina edərək müxalifətdə qalırlar, amma prinsipial məsələrlərdə öz diktələrini edirlər. Əks halda parlament böhranı yarana bilər ki , Bu zaman növbədən kənar seçkilər qaçılmaz olar. Yaxın zamanlarda belə bir prezident İsveçdə olmuşdur. Orada da seçkiləri təxminən 40% lə qazanan sosial demokratlar 50% ə nəzarət edə bilmədikləri üçün parlamentə nəzarəti itirdilər və seçim qarşısında qaldılar. Ya 10% səsə malik ultra millətçilərlə koalisiyaya getməli idilər, ya da yenidən seçimlərə. Bunların hər ikisini ziyanlı bildikləri üçün əzəli rəqibləri olan, hakimiyyəti əllərindən aldıqları Moderat partiyası ilə razılaşdılar. Amma bu razılaşma hakimiyyətdə koalision təmsilзilik deyildi. Hər ikisinin ortaq olaraq qəbul etmədiyi bir partiyanın planlarının əksinə olaraq atılan addım idi. Türkiyədə də MHP və ya CHP ilə (əsas da MHP) belə bir razılaşma olmasa erkən seçimlər qaçılmaz olacaq. HDP ilə koalisiya isə AKP- nin sonu demək olacaq.

-Millətçilərin və kürdlərin əvvəlki seçkilərə nisbətən çox səs qazanması nədən xəbər verir?

-Əvvəlki seçkilərlə müqayisədə MHP və HDP nin səslərinin yüksək olması son dövrlər Avropadakı seçkilərdə millətçilərin səs artımının davamı kimi də qəbul etmək olar. Amma burada məsələ bir az da qabağa gedir. Bildiyiniz kimi MHP türk milliyətçilərinin, HDP isə kürdlərin səsləri uğrunda mübarizə aparan partiya olub. Bu gün nəticələrə də baxanda görürük ki, AKP –yə səs verən kürdlərin əksəriyyəti kürd partiyasına səs verib. Tutaq ki hansısa kürd bölgəsində AKP nin 6 vəkil yeri var idisə bu gün 1 oldu. Bu da AKP nin kürd siyasətinin iflası kimi də görünə bilər. Hər zaman sabit elektoratı olan MHP də səslərini artırdı. Bu da o deməkdir ki, Türkiyədə etnik millətçilik daha da güclənib. Ərdoğana qədər kürd partiyası olaraq parlamentə düşə bilməyənlər onun hakimiyyətində bu dəfə söz sahibi olaraq parlamentə gedirlər. Bunun da sorumlusu AKP-dir.

-Koalision hökumətlə Türkiyəni idarə etmək bir qədər çətin olmayacaqmı?

-Əlbəttə təkbaşına idarəзilikdən ortaq idariзilyə keзiriləcəksə bu əvvəlki kimi olmayacaq. 12 ildir ki, mütləq idarəзiliyə vərdiş edən bir partiya üçün çətin olacaq. Seçkidə olan əsas 4 partiyadan 3 nün 1-i haqqında olan ittihamlarının miqyasını görəndə isə koalisiyanın yaranmasına şübhə edirsən. Sonunda ümumilikdə faiz etibarı ilə səs çoxluğu AKP-dədir. Qərarı onlar verməli olacaqlar. Ya razılaşmalıdırlar, ya da parlament böhranı yaradıb erkən seçimlərə getməlidirlər.


-Bu seçkilərin nəticələri Türkiyənin daxili və xarici siyasətinə hansı formada təsir edəcək?

-Seçkinin nəticələri istənilən halda daxili və xarici syasətdə özünü göstərəcək. AKP bu siyasətlərini əvvəlki kimi davam etdirə bilməyəcək. Ən azı bu addımları atmaq üçün kənardan dəstək almağa məcbur olacaqlar. Nəzərə alsaq ki, indiyə qədər xarici və daxili siyasətdə olan addımlarının əksəriyyəti müxalifət tərəfindən tənqid olunub, o zaman bu addımların əvvəlki kimi davamlı olacağı inandırıcı görünmür. Ən əsası AKP- nin ən böyük layihəsi hesab olunan konstitusiya dəyişikliyinin bu tərkiblə istədikləri kimi həyata keçirilməsi mümkün olmayacaq.