AMİP Türkiyədə keçirilən seçkilərlə bağlı bəyanat verdi
10 Iyun 2015 [15:10]
Azərbaycan Milli İstiqlal Partiyası Türkiydə keçirilən seçkilərlə bağlı bəyanat verib. Partiyanın Mətbuat Xidmətindən "Millət"ə daxil olan həmin bəyanatda deyilir: "Azərbaycan
Milli İstiqlal Partiyası 07 iyun 2015-ci il tarixlində Türkiyə Cümhuriyyəti
Böyük Millət Məclisinə keçirilmiş seçkinin nəticələrini türk xalqının
demokratik və dünyəvi dəyərlərə sadiqliyinin nümayişi kimi qiymətləndirir. Baş
tutmuş seçkilər Türkiyəyə düşmən mövqedə olan qüvvələrin anti Tükiyə
təbliğatına tutarlı cavabdır.
Azərbaycan
Milli İstiqlal Partiyası olaraq parlamentdə təmsil olunan, Türkiyənin bütövüyü,
inkişafı və daha qüdrətli dövlət olması istiqamətində mücadilə edən siyasi partiyaları
təbrik edir və bir daha ümidvar olduğumuzu bildiririk ki, Azərbaycan-Türkiyə münasibətləri bundan sonra
da qardaşlıq və dostluq əlaqələri üzərində davam edəcəkdir.
Azərbaycanın
ərazi bütövlüyünün qorunması, Dağlıq Qarabağ və işğal altında olan Azərbaycan
torpaqlarının işğaldan azad olunması istiqamətində qardaş Türkəyə
Cümhuriyyətinin hərtərfli dəstəyinin davamlı olacağına inamlı olmağımızla
yanaşı, Azərbaycan xalqının da hər zaman qardaş Türkiyənin yanında olacağını
bir daha bəyan edirik.