Şriftin ölçüsü / 1021

Koroğlu-Qoroğlu-Odoğlu

13 Iyun 2015 [16:35]

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya Uca Səcdə!

Mən bu məqaləni bu il 80 yaşları tamam olacaq, Türk dünyasının Böyük filosofu, Mütləqimiz, Peyğəmbərimiz Asif Atanın (25 Sentyabr) Qutsal Ruhuna və Pişəvəri Fədaisinin oğlu S.C.Pişəvərinin yaratdığı Cavanlar Təşkilatının ən gənc üzvü, ünlü filoloq-bilgin, Böyük Azadlıq Savaşçısı, ustadım Hatəmi Tantəkinin (22 İyul) adına bağışlayıram!

Ön söz

Koroğlu məni uşaqlıqdan özünə cəlb edirdi. İnanmaq istəyirdim ki, doğrudan da Koroğlu adında adam olub və o, əzilənlərin yolunda vuruşub onları savundurub. Sonralar mən kök dil nəzəriyyəsiylə maşğul olmağa başlayanda gördüm kü, dastanda demək olar ki, hər adın öz anlamı var və bu anlamlar obrazların xislətinə uyğundur. Bu faqt Koroğlunun minillər öncə yarandığına məni inandırdı. Çünkü İslam dini üçün ad yalnız fərqləndirmə vasitəsi, türklər üçünsə insanın xislətinin və hünərinin göstəricisiydi. Qədim insanın müdrikliyi bizi heyrətləndirməyə bilməz. Filosof yazar Böyükkişi Heydərlinin fikrincə bütün fikirlər antiq zamanda yaranıb, sonrakı dövrlərdə isə onların cılalanması gedib və bu günə kimi də gedir.

1992-ci ilin iyun ayında mən Koroğlu, Qoroğlu, Odoğlu adlı məqalə yazaraq AXC Ağdam şöbəsinin "Ana torpaq” qəzətində çap etdirdim. Mən həmin vaxt Ağdamda, Eldar Bağırov adına taborun döyüşçüsüydüm. Fəqət, o vaxt biliyimin azlığına və lazimi ədəbiyyatın olmamasına görə məqalə zəyif çıxdı. Mənə təskinlik verən məqalənin Əsgəran tərəfdə yerləşən Aranzəmin kəndindəki postda yazmağım oldu. Amma buna baxmayaraq, Koroğlu haqqında araşdırmalarımı davam etdirirdim. 2006-cı ildə Hatəmi Tantəkinin "Məqalələr” bitigində (kitabında) çap edilmiş "Koroğlu-Odoğlu”(1967) və "Koroğlu surətinin mənşəyi məsələlərinə dair” maqalalarını oxuyandan sonra mən bir daha əmin oldum ku, düz yoldayam.

Koroğlu xalqımızın azadlıq və döyüşkənlik ruhunun qoruyucusu olub. İstər çar, istər sovet, istər şah ya da islam rejimində, düyün toylarında, el şənliklərində Koroğlu cəngiləri çalınar, aşıqlar dastandan boylar danışardılar (çox təssüf ki, bu ənənə Azərbaycanın quzayında unudulub, güneyindəsə davam etməkdədir).

Hatəmi Tantəkinin 1987-ci ildə yaratdığı Çənlibel Elmi-Ədəbi Birliyi 1988-ci ildə başlayan Milli Azadlıq Harakatının qurucusu olaraq, Azadlıq(ovaxtkı Lenin) Maydanını Çənlibelə, Üzeyir bəy Hacıbəylinin "Koroğlu” operasının üvertürasını Koroğlu nərəsinə çevirdi.

Bu məqalənin yazılmasında göstərdiyi yardıma, verdiyi məsləhətlərə görə mənim savaşçı olaraq qəlibləşməyimdə əvəzedilməz rolu olan ustadım Hatəmi Tantəkinə razılığımı bildirir, ömrünün 80-ci ilində can sağlığı və uzun ömür arzulayıram.

(davamı var)

Alı və Çənlibel

Başlayaq Alıdan. Belə fikir var kı, Alı Əli adının təhrifə uğramış şəklidir. Halbuku, Əli Alinın ahang qanununa uyğunlaşdırılmış şəklidir və görünür kü, ərəb adı Ali, türk adı Alıdan yaranıb.

Qayıdaq Alıya. Alıyla Rövşən düşmən təqibindən qurtularaq çox yerləri keçəndən sonra, sıldırım qayalı bir yerə çatdılar. Alı hara gəldiklərini soruşduqda Rövşən dedi ki, hər tərəfi sıldırım qayalıq çənli, çiskinli bir yerdir. Alı dedi ki, "oğul mənim axtardığım yer buradır”. Bəs niyə Alı gözəl yerləri qoyub, belə bir yeri seçir. Ünlü folqlorşünas Hatəmi Tantəkin yazır:”Qədim türklər böyük şəxsiyyətləri dağların başında basdırar, köçəri türklərsə, ölülərini dağ başında qoyub qurda, quşa diddirərmişlər.(Məqalələr 2006, səh 17).Hatəmi Tantəkinin yazdığına görə, şumerlər (əslində samqarlar, ya da samarlar. Y.T-A) yeraltı qaranlıq ölüm dünyasına qur demişlər. Çulım türkləri adam yaşamayan yerlərə alıs yar demişlər (orda səh 19,20). Qur və alıs sözlərinin anlamı oddur. Deməli, qurqan və alıs yar-yanmışlar yurdu; ya da yanar yer deməkdir. Ölüm sözünün kökü öl, aldan yaranıb, ölmək-alışıb yanmaqdır.

Alı sözünün etimologiyasına baxaq. Alı sözünün kökü aldır. Alı allı sözündən yaranmışdır. Bütün saitlərin anası a olduğu üçün ı səsini a-ya çevirsək, yəni, ana səsə qaytarsaq, Allı sözü Alla olar. Sözün bitməsi üçün aq sözünü (şəkilçisini) qoysaq, Alla-aq alınar. Sonralar üçüncü a düşüb və allaaq, allaqa çevrilib.Aydındır ki, allaaq və allaq ərəblərin adına yazılan allah sözünün ilkin şəklidir. Görürük kü, islam dini yaranmamışdan minillər öncə türklər allah sözünü bilirmişlər. Fəqət, allah dunyanın və kayınatın yaradıcısı və ağası yox, yeraltı ölüm dunyasının tanrısıymış. Allah sözünün anlamı: 1.Uca oddan doğulmuş. 2.Yandıran, can alan və öldürəndir. Mədəni bitkilərin canın alan, öldürən ota alaq deyilir. Alaq allaq sözündən yaranmışdır. Alı Rövşənə deyir ki, "cavan vaxtlarda burda çox at oynatmışam, çox cayranlara ox atmışam, çox cüyürlər vurmuşam. Bura mənim oylağımdır”. Koroğlunun oğulluğa götürdüyü Ayvazın da atasının adı Alıdır, sənəti də qassab. Ovçu da, qassab da canlını öldürürlər, fərqi yoxdur ya hayvan olsun, ya insan. Bu faqtla Alının yəni, Allahın ölüm tanrısı olduğu təsdiqlənir. O ku qaldı Alının korluğuna, kor olmaq qaranlıq dunyada yaşamaqdır. Hatəmi Tantəkin yazır : " Alı kişinin korluğu, təmsil etdiyi Alisyarın (qaranlıq ölüm dünyasının Y.T-A) zülmətindən, qaranlığından, korluğundan gəlir(orda səh 20). İnsan öləndə deyirlər ki, allahın dargahına getdi. İslam dininə görə bütün kayınat, dirilər və ölülər dunyası Allahın dargahıdır. Bir daha görünür kü, Allahın dargahı yalnız qaranlıq ölüm dunyası, alıs yarmış və türk ruhu bu gün də, bu qədim inancı yaşadır.

Keçək Çənlibelə. Çənlibel M.H.Təhmasib variantında çənli, çiskinli yer kimi A.Xodzqo variantındasa, cəmlibel şəklində, yozumuda dağ ruhu, şamlıq, yəni, şam ağaclarının bitdiyi yüksəklik kimi verilib(Türkiyədə çənlibelə çamlıbel deyirlər). Çanlı və camlı sözlərini ana səsə qaytarsaq, qanlı və qamlı olar, qan və qamın anlamı ruh və candır. Cənli və Camlıbel-ruhlar, ya da ruhdan törəmişlər yurdudur.

Keçək şamlıq məsələsinə. Şam sözü qamdan(ruhdan) törəyib. Şamın ışıq mənbəyi, samanınsa ruh adamı olması burdan gəlir. Türk millətində ağac inancı bu gün də yaşayır. Qutsal ağacların başında şam ağacı dayanır. Bu gün milad və yeni il bayramlarında şam ağacının bəzədilməsi və onun başına fırlanmaq avropalıların adına yazılsa da, bu törənin özülünü türklər qoyub. Görünür kü, məsələdə ən ümdə rolu şam ağacının təbiətin bütün zərbələrinə davam gətirərək, yarpaqlarının saralıb tökülməməsi, həmişəyaşıl olmasıdır.

Beləliklə, Çənlibelin ruhlar yurdu, alıs yar (Allah yurdu) olması haqqında Hatəmi Tantəkinin gəldiyi nəticə öz təsdiqini tapır.


Yaşar Türkazər