Şriftin ölçüsü / 573

Milli QHT Forumu 1-ci Avropa Oyunları ilə bağlı prezidenti təbrik edib

19 Iyun 2015 [17:35]

Milli QHT Forumu 1-ci Avropa Oyunları ilə bağlı prezident İlham Əliyevi təbrik edib. "Millət"ə daxil olan həmin təbrikdə deyilir:

"Azərbaycan xalqının və dövlətinin tarixi nailiyyətləri hər zaman, hər bir vətəndaşa qürur verir, cəmiyyətimizi gücləndirir, dövlətimizi və müstəqilliyimizi yenilməz edir. Son illər ərzində Sizin rəhbərliyinizlə aparılan məqsədyönlü və uğurlu, həmçinin milli və bəşəri siyasətin nəticəsi olaraq Azərbaycan əhəmiyyətli dərəcədə inkişaf etmiş və bunun nəticəsi olaraq regionda və dünyada öz layiqli yerini tutmaqdadır.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi və əlamətdar hadisədir. Avropa Olimpiya Komitəsininoyunların Bakıda keçirilməsi ilə bağlı verdiyi tarixi qərar Azərbaycana olan böyük ehtiyacın və inamın göstəricisidir. İlk oyunların məhz ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir. Açılış mərasimində müxtəlif ölkələrin 6 mindən artıq idmançısı, minlərlə azarkeş, 30-dan artıq dövlət rəhbəri, hökumət başçıları, parlament nümayəndələri və 2 minə yaxın jurnalist iştirak edərək, Azərbaycanın tarixi və mədəniyyətini nümayiş etdirən möhtəşəm təqdimatın şahidi oldular. Bu da idmanımıza olan yüksək qayğının nəticəsidir. Ölkəmizə gələn on minlərlə qonağı yüksək səviyyədə qarşılayıb yola salmaq, onların təhlükəsizliyini təmin etmək və bir sözlə bütün təşkilatı işləri yüksək səviyyədə qurmaq böyük məsuliyyət tələb edir. Bu məqsədlə Sizin sərəncamınızla yaradılmış, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsi bu işin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. Müstəqillik dövründə siyasi, iqtisadi, mədəni, vətəndaş cəmiyyəti və digər sahələrdə əldə etdiyimiz nailiyyətləri dünya ictimaiyyətinə məhz Avropa Oyunları vasitəsilə təqdim etməyimiz Azərbaycan haqqında dünyada yeni və qeyri-adi müsbət fikir yaratdı. Xüsusilə 12 iyun açılış mərasimində Ulu öndər, Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi "Azərbaycan dünyaya günəş kimi yenidən doğdu”.

Möhtərəm cənab prezident!

Möhtəşəm açılış mərasimi və idmançılarımızın əldə etdiyi ilkin nailiyyətlər münasibətilə ilə Sizi və hörmətli Mehriban xanımı Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və eləcə də öz adımdan təbrik edir, Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar və tarixi qələbələr arzu edirəm. İnanırıq ki, gənc Müstəqil Azərbaycan Bakı-2015 I Avropa Oyunları ilə öz adını dünya tarixinə yazacaq və bu idman yarışı açılış mərasimində olduğu kimi sona qədər ən yüksək səviyyədə keçiriləcək, bütün dünya bunun şahidi olacaq.


Nazilə