Şriftin ölçüsü / 712

Azərbaycanlı ekspertlər ölkəmizi Avropada təmsil etdilər

06 Iyul 2015 [13:57]

"FireFlies" tərəfdaşlarını mükafatlandırdı

İsveçrənin məşhur "Swiss Halley AG" şirkəti onlayn turizm ekspertlərini bu dəfə Budapeştə toplayıb. Şirkət dünyanın müxtəlif ölkələrindən olan ekspertləri "FireFlies" turistik klubu adı altında bir araya gətirib. " Budapest Congress Center"də dünya turizm bazarının hazırkı durumu, onlayn turizmin üstünlükləri və şirkətin həyata keçirdiyi yeniliklər müzakirə olunub. Həmçinin "FireFlies" ın gələcək planları və qarşıya qoyulan məqsədlər haqda məlumat verilib. Konfransda şirkətin direktorları, səhmdarları, o cümlədən mart ayında Bakıda səfərdə olan Jozef Bartuşka və başqaları çıxış ediblər.

Macarıstan paytaxtında Bakıdan 16 nəfərlik nümayəndə heyəti təmsil olunub. Klubun Azərbaycandakı aktiv üzvlərinə "FireFlies" tərəfindən Mərakeş səyahəti və digər hədiyyələr təqdim olunub.

Konfransın sabahı günü azərbaycanlı nümayəndə heyəti üçün şəhər gəzintisi təşkil olunub. Daha sonra ekspertlərimiz Macarıstanın, Avstriya, İtaliya və İspaniyanın müxtəlif görməli yerlərində olublar.

Qeyd edək ki, " FireFlies" turistik klubu ötən ilin iyulunda İsveçrənin Pfeffikon şəhərində yaranıb. Hazırda dünyada "FireFlies" ailəsinin 20 mindən artıq üzvü var.


Nisə Rəhimova