Şriftin ölçüsü / 1163

Görkəmli alim, dəyərli ziyalı və yorulmaz mübariz

07 Iyul 2015 [19:13]

Bu gün dəyərli alimimiz Tibb Universitetinin farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru. Aydın Əliyevin  61 yaşı tamam olur.

Aydın Əliyev dünya tibb eliminə böyük tövhələr verən tanınmış alimlərimizdən biridir. O, SSRİ Tibb Elmləri Akademiyasının Farmakologiya Elmi Tədqiqat İnstitutunun alimləri ilə birgə yenu dərman maddəsinin-Meksidolu ilk tədqiq edənlərdəndir. Bu tədqiqitın nəticəsi olaraq A.Əliyev 1987-ci ildə Bakıda tibb elmləri namizədi adına layiq görüldü. 1996-cı ildən Rusiya hökuməti Meksidolun dərman maddəsi kimi tibbə tətbiqinə icazə verdi. Putin hökuməti 2003-cü ildə öz alimlərini-Meksidol dərman maddəsinin ilk tədqiqatçılarını ali dövlət mükafatı ilə təltif etdi.

Aydın müəllimin elmi-tədqiqit işinə 25-dən artıq xarici ölkə, o cümlədən erməni alimləri də istinadlar ediblər. Bu hal faktiki erməni alimləri tərəfindən elmlə əlaqədar Azərbaycan Bayrağının qaldırılması kimi qəbul olunmalıdır.

Artıq ölkəmizdə də Meksidol preparatı ilə əlaqədar elmlər doktoru və fəlsəfə doktorları adına layiq görülən alimlərimiz yetişib.

Kimyəvi birləşmədən-3-Oksipiridin törəməsindən başlayaraq SOP-1, Oksipin şifrəli adları ilə tədqiq olunmuş bu gün isə praktik tibbə antioksidant yolu açmış, dünyada bu sahə üzrə ilk dərman maddələrindən olan Meksidolu dünyada məşhur olan rusiyalı alimlərlə birgə tədqiq etmiş Aydın müəllim yenə də, yeni-yeni elmi ideyalarla çıxışlar edir. Onun ion-enerji, oyanma-ləngimə reaksiyalarına əsaslanmış tədrisin fundamental istiqamətlərinin müəyyənləşdirilməsi fikri faktiki dünya elmində ilk səslənmiş ideya oldu. İndi isə həmin ideyaya əsaslanaraq hüceyrə enerjisini tədqiq etmək və dəyişməklə xəstəliklərin müalicəsində tam yeni bir istiqamətin öyrənilməsini təkif etmişdir.

Fürsətdən istifadə edərək, ömrünü və enerjisini Azəbycan elminin və tədrisinin inkişafına, eləcə də, dünyada tanıdılmasına çalışan, elmi nailiyyətlərinin səsi-sorağı dünyanın müxtəlif elmi dairələrindən gələn görkəmli alimimiz Aydın Əliyevin Azərbaycanda da layiq olduğu qiymətinin verilməsini istərdik. Aydın məüllim elm adamı olmaqla yanaşı, həm də ölkəmizin təkrar istiqlalına qovuşması uğrunda çəkinmədən mübarizə aparan ilk fədakar ziyalılarımızdandır.

Ümid edirik ki, elmə, təhsilə böyük önəm verən cənab prezident İlham Əliyev Aydın müəllimin bu əvəzsiz xidmətlərini diqqətdən kənar qoymayacq. Ona layiq olduğu qiyməti və adı verəcəkdir.

Fürsətdən istifadə edərək görkəmli alimimiz və ağsaqqal ziyalımız Aydın Əliyevi ad günü münsibəti ilə səmimi qəlbdən təbrik edir, ona mğhkəm can sağlığı, şəxsi həyatında və fəaliyyətində uğurlar arzulayırıq. Gün o gün olsun Aydın müəllim arzularına çatsın!


Millət