Şriftin ölçüsü / 586

Darda qalan Qarabağ Qazisinə əl tutan olmadı

10 Iyul 2015 [16:34]

Bu günlərdə üzərində açıq ürək cərrahiyyə əməliyyatı keçirilən Qarabağ müharibəsi Qazisi, II qrup vətən müharibəsi əlili Xalıqverdi Həsənovun müalicəsini davam etdirməsi üçün maddi dəstəyə ehtiyacı var. Bu barədə Qarabağ qazisinin yaxınları məlumat verib. Bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edilsə də, hələ müsbət cavab verilməyib: "Xalıqverdi Həsənovun səhhəti stabil deyil. Ağır cərrahiyyə əməliyyatından sonra müharibədə aldığı yaraların yerində şiddətli ağrılar başlayıb. O, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə kəllə-beyin travması alıb. Bəzən ağrılar o qədər şiddətlənir ki, bu ağrılardan huşunu itirir”.

Daxil olan məlumatı dəqiqləşdirmək və qazinin sağlamlığı ilə yaxından tanış olmaq üçün Xalıqverdi Həsənovun 0557182561 saylı mobil telefonuna zəng vurduq. Məlumatı təsdiq edən qazimiz onu da əlavə etdi ki: "Uzun müddət ürək ağrılarını özü ilə gəzdirirdi. Nəhayət, vəziyyətimin günü-gündən pisləşdiyini görüb borc-xərc tapıb əməliyyat olundum. İndi həm aldığım borcu qaytaramq, həm də müalicəni davam etdirmək üçün maliyyə vəsaitinə ehtiyacım var. Lakin hara müraciət edirəm, nəticəsiz qalır. Məcbur olub yaşadığım mənzili satışa çıxarmışam. Beş nəfərdən ibarət ailədə qazanc gətirən təkcə mən idim. Mən də yorğan-döşəkdə xəstə düşmüşəm. Bir əl uzadan, kömək edən yoxdur.”

Qarabağ Qazisi daha sonra vurğuladı: "Mən heç kəsə ərazi bütövlüyümüz uğrunda vurşmağımı minnət qoymuram. Bu bir Azərbaycan türkü olaraq mənim, eləcə də hamımızın müqəddəs borcudur. Ali Baş Komandan əmr versə, yorğan-döşəkdən qalxıb sürünə-sürünə də olsa ön cəbhəyə gedərəm. Bizim xalqın humanist, xeyrxahlıq xüsusiyyəti də var. Düzü istəməzdim ki, kiməsə əziyyət verim. Amma buna məcburam. Ümid edirəm ki, bu müqəddəs Ramazan ayında iş adamları, imkanlı soydaşlarım məni darda qoymayacaq, öz kömək əlini uzadacaqlar.Ən böyük gözləntim isə cənab prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyevayadır

Xatırladaq ki, Xalıqverdi Həsənov 1991ci il dekabrında tankçı kimi Milli Ordu sıralarına qoşulub və Şuşa, Laçın, Ağdərə, Ağdam, Qubadlı, Qazax bölgələrində keçirilən hərbi əməliyyatlarda döyüşüb. Xocalı soyqırımının sahidi olub. Agdamda gedən döyüşlərdə iki dəfə ağır kəllə-beyin travması alaraq yaralanıb. O, 1997-ci ildə Milli Ordu sıralarından təxris olunub. Milli Qəhrəman Çingiz Mustafayevin döyüş bölgələrindən və hərbi əməliyyatlardakı bir çox çəklişlərdə lentə alınıb və bu süjetlər ANS TV-nin arxivində saxlanılır. Ehtiyatda olan zabitdir.

Qarabağ Qazisinə kömək etmək istəyənlər aşağıdakı bank hesabına vəsait köcürə bilərlər.

Azərbaycan Beynəlxalq Bankın Nərimanov Rayon Filialı

SWIFT : IBAZAZ2X

Ünvan: H.Əliyev küçəsi 95. Bakı-1110

Tel: 4656562

Fax:4656558

Həsənov Xalıqverdi Həsən oğlu

Az 35İBAZ3801019442129054206

Kod:805540

Müxbir hesabi: AZ03NABZ01350100000000002944

S.W.I.F.T

Bik: İBAZ2X


Fərid Pəmbəkli