Şriftin ölçüsü / 437

ABŞ Dövlət Katibinin Yaxın Şərq turnesi

28 Iyul 2015 [13:39]
ABŞ Dövlət katibi Con Kerri gələn həftə Misirə və Fars Körfəzinə səfər edəcək. Səfər zamanı o, İranla anlaşma və İŞİD-lə mübarizə üzrə danışıqlar aparacaq.

Kerri avqustun 2-də Qahirədə ABŞ-Misir Strateji dialoquna qatılacaq. Avqustun 3-də isə Dohada Fars Əməkdaşlıq Şurasıyla görüşəcək. Şuraya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman və Qətər daxildir.

Kerry Dohada rusiyalı həmkarı Sergei Lavrovla da görüşəcək. Kerrinin sözlərinə görə, onlar İŞİD-lə mübarizə, Suriya müharibəsi və İranın rolundan danışacaqlar.

Yaxın Şərqdən sonra Kerrinin Cənub-Şərqi Asiyaya bir həftəlik səfəri gözlənir.


Millət