Şriftin ölçüsü / 601

Azərbaycan bütün dinlər üçün ən rahat ölkədir

31 Iyul 2015 [17:21]

Beynəlxalq Diaspor mərkəzinin dəvəti ilə bu ilin İyul ayında İsrailin Baş nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi, İsrail Beynəlxalq Təhlükəsizlik Cəmiyyətinin və İsrail Beynəlxalq Diplomatiya Mərkəzinin sədri Mendi Safadiölkəmizdə səfərdə olmuşdu. Səfər çərçivəsində İsrailli qonaq BDM və digər təşkilatlar tərəfindən təşkil edilmiş bir sıra tədbirlərdə və görüşlərdə iştirak etmişdir. O, ölkəmizin iqtisadi-siyası inkişafı ilə bağlı yaxından tanış omuşdur. Mendi Safadı BDM-in ofisində mərkəzin rəhbərlyii ilə görüş keçirilmiş və BDM tərəfindən İsrailli qonağa ölkəmiz haqqında, xüsusi ilə Ermənistanın işğalı və xalqımıza qarşı həyata keçirilmiş soyqırım və departasıya haqqında geniş məlumat verilmişdir.

İsrail Beynəlxalq Təhlükəsizlik Cəmiyyəti və Beynəlxalq Diaspor Mərkəzi arasında əməkdaşlığa dair Mendi Safadi və İsmayıl Ağayev tərəfindən memorandum imzalanmışdı. Beynəlxalq Diaspor Mərkəzi İsraildə fəaliyyət göstərən bu kimi nüfuzlu təşkilatlarla əməkdaşlığ etməyə xüsusi önəm verir. Soyqırımnan əziyyət çəkən və soyqırım kimi prablemlərin dünya ictimayyətinə çatdırılması istiqamətində geniş təcrübəyə malik olan İsraildəki qeyri hökümət təşkilatlari ilə əməkdaşlığa və təcrübə mübadiləsinin aparılmasını gərəkli hesab edirik.Qeyd edək ki, Israil baş nazirinin köməkçisi ölkəsinə döndükdən sonra Azərbaycanla bağlı xoş və yüksək təsuratlar barəsində açıqlama vermişdir. O açıqlamasında Azərbaycanın regional ticari və enerji ehtiyatları baxımından əhəmiyyətli respublika olduğunu və Avropa üçün ciddi tərəfdaş kimi dəyərləndimişdir.

O Dağlıq Qarabağ prableminədə toxunaraq Azərbaycan dövlətinin və onun prezidenti cənab İlham Əliyevin sülh çağırışlarına baxmayaraq Ermənistanın hələ də işğalci siyasət yürütdüyünü bildirmişdir. Mendi Safadi müsahibəsində müsəlman türk ölkəsi olan Azərbycanın bütün dinlər üçün yaşanılan ən rahat ölkə olduğunu və 1500 ildən bəri bu ölkədə yahudilərin xoş və firəvanyaşadığını qeyd edir.O Azərbaycandakısəfərini yüksək qiymətləndirərək, Milli mətbuatımızın 140 illik tədbirlərində iştirakında məmnunluq hissini və bu dəvətə görə BDM sədri İsmyıl Ağayevə və BDM-in yaxın şərq üzrə nümayəndəsı Alexander-Şapiro-Sulimana təşəkkürlərini bildirir .


Nazilə