Bu
yaxınlarda daha bir ailədə üçəm sevinci yaşanıb. Pərvanə Daşdiyeva Azərbaycan
Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 2 qız və bir oğlan
dünyaya gətirib.
Tibb üzrə fəlsəfə
doktoru, ATU-nun I Mama-ginekologiya kafedrasının assistenti Arzu İsmayılovanın
sözlərinə görə, Pərvanə xanım hamiləliyi
dövründə bir neçə dəfə Tədris Cərrahiyyə Klinikasına müraciət edib: "Hamiləlik
zamanı vaxtından öncə doğuş riski olsa da, buna qarşı müvafiq müalicə aparılıb
və nəticədə hamiləlik normal davam edib. Son aylarda ana tam nəzarətə
götürülüb. Hamiləlik təxminən 36-cı həftədə sona çatdırılıb”.
A.İsmayılovanın sözlərinə görə, üçəmlərin qeysəriyyə
kəsiyi əməliyyatı ilə götürülməsi haqda qərar verilib. Çünki ilk gələn döl
ayaqla, ikincisi başgəlişi, sonuncu döl isə çanaqgəlişi ilə gələcəkmiş. Buna
görə uşaqların həyatını riskə atmamaqdan ötrü qeysəriyyə əməliyyatı aparılıb.
Hazırda pediatrımız Səadət Yaqubovanın nəzarətində
olan uşaqların vəziyyəti normaldır. Qeyd edək ki, oğlan 2300 qr, qızlar isə
1750 və 2100 qr çəki ilə doğulublar.
Biz də ATU kollektivi adından ailəni təbrik edir,
uşaqlara cansağlığı arzulayırıq.