Şriftin ölçüsü / 748

Neftin 50 dollardan aşağı qiyməti bəla deməkdir

05 Avqust 2015 [13:49]
"Neft şirkətləri qiymətlərin ancaq 60-70 dollara qədər enəcəyini düşünərək plan hazırlamışdılar. Ancaq qiymətlərin 50 dollardan aşağı düşməsi, bir çox dövlətin, şirkətin və insanın başının bəlada olduğu mənasına gəlir".

Məşhur investor Mark Mobius, neftin aşağı düşməsini qiymətləndirib.

O,neft məsələsində heç kimin, hətta sektorun rəhbərlərinin belə mütəxəssis olmadığını deyib.
Mobius, "Neft şirkətlərinin qiymət təxminləri mövcud qiymətlərdən çox uzaqdır. Kimsə qiymətlərin 50 dollardan aşağı düşəcəyini təsəvvür belə etmirdi"- deyib.

Neftin 50 dollardan aşağı düşməsinin problem yaradacağını bildirən Mobius, "Son 20 ilə nəzər salsaq neftin qiymətinin tələb-təklifə görə deyil, etimada görə formlaşdığını görürük. Uzun perspektivdə tələb-təkilif ilə qiymətlər arasında real bir əlaqə yoxdur. Neft şirkətləri qiymətlərin ancaq 60-70 dollara qədər enəcəyini düşünərək plan hazırlamışdılar. Ancaq qiymətlərin 50 dollardan aşağı düşməsi, bir çox dövlətin, şirkətin və insanın başının bəlada olduğu mənasına gəlir" deyib.

Məşhur investor, əmtəə qiymətlərində enişin sona yaxınlaşdığına diqqəti çəkərək,"Əmtəə qiymətlərinin bir qismində yüksəliş görə bilərik. Qızıl, gümüş, platin, palladium kimi qiymətli metallarda bir artım ola bilər" deyə bildirib.


Millət