Şriftin ölçüsü / 611

ABŞ-dan kürdlərə sürpriz

11 Avqust 2015 [18:01]
"Məqsədimiz xəritə dəyişdirmək deyil”

Kürd separatçılarına ikinci zərbə ABŞ Dövlət Departamentindən gəldi.

Departamentin sözçüsü Con Kirbi jurnalistlərin suallarını cavablandırarkən kürd siyasilərini şoka salacaq mövqe sərgiləyib: "Suriyalı kürdlər İŞİD-ə qarşı çox təsirli olduqlarını sübut etdiklərinə görə koalisiya qüvvələri onları havadan dəstəkləyir. Bunu açıq şəkildə ifadə edirəm: koalisiyanın məqsədi İŞİD-ə qarşı döyüşməkdir, xəritə dəyişikliyi etmək yox."

Jurnalistlərin növbəti sualı ABŞ-ın bu barədə fikirlərini kürd separatçılarına çatdırıb çatdırmadığıyla bağlı olub. Sözçünün cavabı da xeyli konkretliyi ilə seçilib:

"Koalisiya qüvvələri Suriyanın ərazi bütövlüyünə müdaxilə etmək istəyənlərə ən kiçik bir dəstək belə, verməyib. Bunu açıq şəkildə dəfələrlə bildirmişik. Missiyamızın məqsədi heç vaxt dəyişmədi. Hədəfimiz İŞİD-i yox etməkdir. Biz sadəcə quruda öz canını İŞİD zülmündən qurtarmaq istəyənləri havadan dəstəkləyirik”.

Yəni "PKK-nın Suriya qanadı istəsə də, istəməsə də İŞİD-lə mübarizə aparmalıdır. Bizim onlara verəcəyimiz ən ciddi dəstək isə, sadəcə qarşı tərəfi hava hücumlarıyla zəiflətməkdir”. ABŞ diplomatının bu mənaya gələn sözləri sözləri kürd separatçıları üçün əsl sürpriz olacaq.

Qeyd edək ki, buna bənzər başqa bir açıqlama da Ağ Evdən gəlmişdi. Şimali İraqın müstəqilliyinə dair toplanan 100 min imza rədd edilmiş, səbəb kimi də İraqın ərazi bütövlüyü göstərilmişdi


Millət