Şriftin ölçüsü / 495

Neftin ucuzlaşmasından 6,7 milyard dollar itirdik

29 Sentyabr 2015 [14:40]
Neftin qiymətlərinin aşağı düşməsi nəticəsində Azərbaycanın gəlirləri azalmaqda davam edir.

"Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər veri ki, 2015-ci ilin yanvar-avqust ayları ərzində gömrük bəyannamələri əsasında 6,4 milyard ABŞ dolları məbləğində xam neft satılmışdır. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 6,73 milyard dollar və ya 51,3% azdır.

2014-cü ilin 8 ayı ərzində Azərbaycanın 8,18 milyard dollarlıq ixracının 6,4 milyard dollarını və ya 78,2%-ni xam neft ixracı təşkil edib.


Millət