Şriftin ölçüsü / 567

Beynəlxalq koalisiya Rusiyanı qınadı

02 Oktyabr 2015 [17:55]
İŞİD-ə qarşı beynəlxalq koalisiyaya daxil ölkələr Rusiyanı çağırırlar ki, hava zərbələri ilə Suriya müxalifətini hədəfə almağı dayandırsın və islamçı silahlılarda döyüşsün.

Müraciət oktyabrın 2-də Türkiyə, Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya və Körfəz müttəfiqləri adından yayılıb.

Bu ölkələr Moskvanın Suriyaya hava zərbələrindən «dərin narahatlıq» bildirir, Rusiyanın münaqişəni daha da genişləndirdiyini, zərbələrin yalnız ekstremizmi alovlandıracağını bəyan edirlər.

Bu arada Dövlət Dumasının xarici məsələlər komitəsinin rəhbəri deyib ki, Kreml Suriyada hava zərbələri kampaniyasının 3-4 ay davam edəcəyini düşünür. Aleksey Puşkov oktyabrın 2-də Fransa radiosuna söyləyib ki, Rusiya zərbələri gücləndirəcək.

Ağ Ev oktyabrın 1-də Rusiya hava zərbələrini «Suriya müxalifətinə qarşı qarışıq hərbi əməliyyatlar» adlandırıb.