Şriftin ölçüsü / 928

Bəşər Əsəd hücuma keçdi

07 Oktyabr 2015 [18:20]
Bəşər Əsədə bağlı ordu Rusiyanın havadan dəstəyi ilə Hama bölgəsində quru əməliyyatlarına başlayıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, əməliyyat Hama bölgəsinin şimal hissəsində keçirilir.

Hamanın şimalında döyüşən Suriya Azadlıq Ordusunun "Cəbhetuş-Şam" bölməsinin səhra komandiri Əhməd Cabir bildirib ki, səhər saatlarından Rusiyanın hava hücumu davam edir.

Onun sözlərinə görə, Rusiyanın bombardmanı B.Əsədə bağlı ordunun quru əməliyyatı ilə eyin vaxtda keçirilir.

Ə.Cabir deyib ki, döyüş davam edir və B.Əsəd güclərinin irəliləməsinin qarşısını ala bilmirlər.

Qeyd edək ki, B.Əsəd silahlılarının quru əməliyyatına başladığı və Rusiya qırıcılarının bombaladığı ərazinin Suriya Azadlıq Ordusunun nəzarəti altında olduğu bildirilir.


Millət