Şriftin ölçüsü / 1001

Dünyanın ən simic qadını və onun heyrətamiz həyat hekayəsi

26 Oktyabr 2015 [14:01]

Bu gün haqqında bəhs edəcəyim Hetti Qrin Amerika milyonerlərindən biri idi. Onu dünyaca məşhur edən milyonerliyi deyil, simic olması idi.O qeyri-adi simic idi. Hetti gündəlik həyatında yuyunmurdu, ancaq yulaf yeyərdi, təzə paltarlar almazdı, hətta oxunmuş qazetlərini belə satmaqdan çəkinmirdi.Bəzi insanlar deyirdi ki, o ancaq yulaf yeyir.

Qrin 32 yaşında ikən Amerika milyonerlərindən olan Edvard Qrinlə evlənmişdir.Və bu nikahdan onun iki övladı dünyaya gəlmişdir-Ned və Sivilya.

Təəssüf ki, simicliyində o çox-çox irəliyə getmişdir.Belə ki, oğlunun ayağında problem var idi və Hetti həkimlərə pul xərcləmək istəmədiyindən oğlunun ayaqları amputasiya edilmişdir.

Pul israfına görə kasıblar üçün olan xəstəxanaya üz tutmuşdur. Xəstəxanadakılar Nedanın kimin varisi olduğunu bildikdən sonra onu buraya qəbul etməmişdirlər. Bundan sonra belə Hetti tək oğluna pullu xəstəxanaya aparmamış evdə müalicəsinə davam etmişdir.Və nəticədə Nedanın ayağı kəsilməli olmuşdur.Ancaq bu hal belə Hettini ağıllandırmamışdı.Süni ayaq üçün də pul verməkdən boyun qaçırmış və növbəyə yazılıb sadə , ucuz süni ayaq almışdı oğlu üçün.

Ağıllara belə sual gəlir.Hetti kimisə sevirdi mi? Bəli sevirdi. Öz iti Devini sevirdi. Hetti tez-tez deyirdi ki, "Devi quyruğunu oynadır və sadiq gözləri ilə məna baxır . Ona görə yox ki, mənim milyonlarım var, ona görə ki, sahibinə sevgi ilə bağlıdır”.

Hetti Qrin simicliyinə görə Ginnesin rekordlar kitabına düşüb.Kitaba düşdükdən sonra belə onun simicliyi kağız üzərində qalmadı.Milyonlar qazanan qadının simicliyi ağılasığmaz dərəcədə idi.Paltarlarını əski halına gəlmədən dəyişməzdi. Paltarın bəzi hissələrini ancaq məcbur qaldıqda yuyurdu.Üstəlik Qrinin evində sabun olmurdu çünki o heç vaxt yuyunmurdu. Təsəvvür etmək çətin deyil ki, bu milyonların sahibi qadın necə "qoxu” saçırdı.Üstəlik xəstələnməməsi üçün tez-tez soğan çeynəyərdi.

Uşaqlar üçün paltar almalı olanda satıcı ilə hər bir sentə görə bazarlıq edərdi.Həmçinin bu bazarlığı digər alış-verişlərində də edərdi.Belə ki, ən ucuz çörəyi və piroqu alardı.Və bu mağazaya gəldiyi üçün mağazadan təşəkkür əvəzi iti üçün pulsuz sümük tələb edərdi.

Hettinin yaxın qohumlarından biri əri ilə Avropaya səyahətə gedir və öz uşaqlarını da Hettiyə əmanət edir.Uşaqların Hettigildə keçirdikləri 2 ay həyatlarının ən "unudulmaz” hissəsi olur.Avropadan qayıdan ailə gələn zaman uşaqlarını tanımır.Bu 2 ay ərzində Hettinin sayəsində uşaqlar arıqlıqdan ayaq üstə dayana bilmirdilər.

Hetti Qrin 1834 cü ildə anadan olmuş, 1916 cı ilə kimi yaşamışdır. Ölüm səbəbi iflic idi.Belə ki, süd növbəsində qiymətə görə mübahisə edərkən iflic keçirmişdi.

Simicliyi hədsiz olan bu qadının təxəllüsü "Wall-Street-dən olan cadugər” idi. Bəzi mənbələrə görə öldüyü zaman onun varidatı 100 bəzilərinə görə isə 200 milyon dollar idi. Hetti Qrinin ölümündən sonra onun milyonları qızı Silviyaya çatır. Və taleyin ironiyasıdır ki, Sivilya pulları ömür boyu xeyriyyə işlərinə xərcləyir.



Asya Cəlilova