Şriftin ölçüsü / 661

Şəmkirdə futbol bayramı

26 Oktyabr 2015 [19:17]

 Şəmkir Olimpiya İdman Kompleksinin idman meydançasında Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzaladığı 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Şəmkir rayonunda "Açıq Əyləncəli Futbol Məktəbi" tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, seminar iştirakçılarını Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Cənab Alimpaşa Məmmədovun adından salamlamış və Şəmkir rayonunda futbol idman növünün inkişafı üçün qarşıya qoyulmuş tapşırıq və göstərişlər haqqında ətraflı danışmışdır.

Çıxış edən Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) nümayəndəsi Kərim Bayramov, Novil İsmayılov yaradılmış şəraitə görə minnətdarlığını bildirmişdir.

Tədbir çərçivəsində yeniyetmələrə və məşqçi müəllimlərə futbol inventarları paylanılmışdır.


Nazilə