Şriftin ölçüsü / 650

Azadlıq insana verilən ən böyük xoşbəxtlikdir

12 Noyabr 2015 [18:53]

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim

Məmməd Araz.

Vəzifə insana şan-şöhrət deyil,

İnsan vəzifəyə şan-şöhrət olmalı.

Bəxtiyar Vahabzadə.

Müstəqil dövlətçilik-kişilik rəmzidir.Vəz- insan orqanizminin quruluş vahidlərindən olub, hormon adlı maddələri ifraz edir. Bu maddələr isə baş-beyin və sinir sisteminin bütün strukturları ilə birlikdə insan orqanizminin bütün işlərini idarə və koordinasiya (tənzimləmə) edir. Yəni, ifa edir. Vəzifə cəmiyyətdə həmin hormondur.Hormon insan sağlamlığına xidmət edir.Hormon normadan çox olduqda aöır xəstəliklər yaranmağa başlayır.Yəni , normada insanları hala, təbə gətirən maddə, xüsusəndə çox olduqda patologiyalar əmələ gəlir.İdarəçilikdə də vəzifə səlahiyyətlərini aşanda dövlətdə də arzuolunmaz fəsadlar yaranır.

Görünür hələ, xüsusəndə hakimiyyətdə oturanlarımızın bəziləri , Azadlıq anlayışına hazır deyillər.Müstəqil Dövlətçilik , Azadlıq insana verilən ən böyük xoşbəxtlikdir.Müstəqil dövlətçilik hamınındır. Bu anlayışları anlamayan bəziləri yəqin ki, vaxtılə Azərbaycanın da müstəqil dövlətlər sırasına qoşulmağına əks olan düşüncə sahiblərindən olublar.

Bu gün Azərbaycanı bütün dünya dövlətləri tanıyır.Hər bir uğurumuzda özümüzü, müstəqil mənliyimizi ortaya qoyuruq, özümüzü sübut və təsdiq edirik.

Təəssüf ki, hakimiyyətimizə cəmiyyətimizin elitar təbəqəsindən olmayanlar da düşə bilər.Axırıda bu?!...

Təbii insan idarəçiliyinin ən yuxarı kordinatoru baş beyindir.Hər bir hadisənin normal idarəşiliyi onun əlində olsa da , ayrı-ayrı orqanlar da öz funksiyalarını yerinə yetirməlidirlər.Yoxsa baş beyin onların fəaliyyətini xüsusi nəzarətə götürür, orqan çürüyürsə , artıq baş beyin həmin orqanın fəaliyyətinə xitam verir.

Vəzifə adlı insan orqanı yoxdur.Allah yaratmayıb.Bəziləri vəzifəyə özlərinin , ürəkləri , mədə, nəfəs və.s. orqanları kimi baxırlar. Bu artıq təbii ki, günahdır.

Baş beynin ümumi orqanizmin fəaliyyətinə , xeyrinə olan qərarları təbii ki, insana sərbəst yaşamağa, nəfəs almağa və özünü şəxsiyyət kimi dərk etməyə səbəb olur.

Vəzifə yüksəldikcə insanın daxili aləminin də bütün cizgiləri açılır. Elit insanda daxili, mənəvi gözəllik güclü görsənir, möhtəşəmlik alır. Yüksək vəzifə belə insanlarda daxili mədəniyyətin daha da parlamasına səbəb olur. Onlar millət və dövlət üçün dünyaya gəlmiş insanlardır.

Təəssüf ki, son hadisələr bir daha sübut etdi ki, hakimiyyət xalqın elit təbəqəsidir düşüncəsi özünü tam doğrultmur.

Heydər Əliyevin məşhur fikirlərindən biri bu yerdə yadıma düşür. Nazirlərdən biri haqqında tarix və hakimiyyət idarəçiliyi baxımından həmişə ibrətamiz olan fikrini bildirmişdi.- Evdə arvadı buna çay vermir, indi isə papkasını maşına köməkçisi aparır...

Aydın Əliyev
Tibb üzrə Fəlsəfə doktoru, ATU-nun dosenti, AMİP MŞ sədri