Şriftin ölçüsü / 1177

Böyük Britaniyanın baş nazirindən Etibar Məmmədova təbrik

22 Dekabr 2015 [17:17]

Böyük Britaniyanın Baş Naziri ,Konservatorlar Partiyasının lideri Devid Kameron AMİP lideri Etibar Məmmədova Yeni il münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə AMİP Lideri Etibar Məmmədova gələcək fəaliyətində uğurlar arzulayıb.

Xatırladaq ki, AMİP 1999-cu ildən aralarınada Böyük Britaniyanın Mühafizəkarlar (Konservatorlar), İsveçin hakim Moderat, Almaniyanın Xristian Demokratlar, İspaniyanın Xalq Partiyası, eləcə də ABŞ-ın Respublikaçılar, Fransanın Xalq Hərəkatı Birliyi –partiyalarının da olduğu dünyanın 70-ə yaxın ölkəsinin 100-dən çox sağ-mərkəzçi partiyalarını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının ( BDI) üzvüdür.

AMİP Lideri Etiabr Məmmədov isə BDİ-nin sədr müavinidir.


Asya Cəlilova