Şriftin ölçüsü / 870

Şəmkir rayon Birinciliyi keçirilmişdir

26 Dekabr 2015 [17:09]

 Şəmkir Olimpiya İdman Kompleksində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş Şəmkir rayon Birinciliyi keçirilmişdir.

Mərasimi giriş sözü sözü ilə açan Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov yarış iştirakçılarını Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Cənab Alimpaşa Məmmədovun adından salamlamış və Azərbaycan Respublikasının Prezidenti Cənab İlhamƏliyevin ölkədə apardığı uğurlu Dövlət Gənclər və İdman Siyasəti haqqında danışmışdır. Bildirmişdir ki, bu kimi turnirlərin keçirilməsi idmanın inkişafına təkan verəcəkdir.

Çıxış edən Azərbaycan Güləş Federasiyanın 7 saylı nümayəndəliyinin əməkdaşı Ayət Bayramov Azərbaycan Güləş Federasiyanın və 7 saylı nümayəndəliyinin rəhbərliyi adından yarış iştirakçılarını salamlamış və uğurlar arzu etmişdir.

Müxtəlif çəkili güləşçilər gərgin keçən idman yarışında öz güclərini sınamışlar.

Yarış qalibləri Şəmkir rayon Gənclər və İdman İdarəsi tərəfindən medal, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatdırılmışdırlar.


Nazilə