Şriftin ölçüsü / 951

AMİP Lideri Etibar Məmmədov xalqı təbrik etdi

30 Dekabr 2015 [15:00]

AMİP Lideri Etibar Məmmədovun 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibəti ilə Azərbaycan xalqına Təbriki

Əziz həmvətənlərim! Sizi qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətlilə təbrik edir, möhkəm can sağlığı, firəvanlıq və bütün işlərinizdə uğurlar arzulayıram.

31 Dekabr milli birliyimizin, bütövlüyümüzün və həmrəyliyimizin rəmzinə çevrilməklə dünyada yaşayan milyonlarla soydaşımızın böyük ruh yüksəkliyi və təntənə ilə qeyd etdiyi gündür. Həmin gün Güneyi Qüzeydən ayıran tikanlı məftilləri sökməklə xalqımız bir daha beynəlxalq aləmə göstərdi ki, heç bir imperiya onun azadlıq və bütövlük ideallarını buxovlaya bilməz.

Ümid edirəm ki, üzümüzə gələn il Azərbaycan xalqının və dövlətinin taleyində əlamətdar hadisələrlə zəngin bir il olacaq. İnanıram ki, bütün mövcud çətinliklərdən baş ucalığı ilə çıxacaq, vətəndaşımızın azad və firavan yaşamasına, dövlətimizin güclü və qüdrətli olmasına nail olacağıq. Ona da inanıram ki, birgə səylərimiz nəticəsində işğal altında olan torpaqlarımız tezliklə işğaldan azad olunacaq, təkcə Qarabağda deyil, digər tarixi torpaqlarımızda da ücrəngli, ay-ulduzlu bayrağımız dalğalanacaqdır.

Əziz soydaşlarım! Sizi qarşıdan gələn bayramlar münasibəti ilə bir daha təbrik edir, bol-bol sevinc, fərəh, ölkəmizə və millətimizə uca Allahdan sülh, əmin-amanlıq, tərəqqi və inkişaf arzulayıram. Bayramlarınız bir daha mübarək olsun!

Bakı şəhəri, 30 dekabr 2015-ci il.


Millət