Şriftin ölçüsü / 635

Neft 35 dollara düşdü

06 Yanvar 2016 [17:06]
Dünya bazarlarında neftin ucuzlaşması prosesi davam edir.

"Brent” markalı neft bu gün daha 1.78 faiz dəyər itirib və hazırda barreli 36 dollardan da aşağı-35.56 dollara satılır. Azərbaycanın "Azeri Light” markalı nefti isə bundan bir neçə sent bahadır.

Xatırladaq ki, ötən həftə sonu Səudiyyə Ərəbistanının şiə lider Nimr əl-Nimri edam etməsindən sonra Tehrana Ər-Riyad arasında yaranmış qarşıdurma, habelə bütün Yaxın Şərq boyu sünnü-şiə münaqişəsinin qızışması neftin qiymətində nisbi artıma səbəb olmuşdu. Həmin hadisələr fonunda "Brent” bir gündə 3 faiz bahalaşaraq 38 dollara satılmışdı.


Millət