Şriftin ölçüsü / 775

Azərbayacanın xilası xalqın iradəsindən və istəyindən asılıdır,

06 Yanvar 2016 [17:19]
"Beynəlxalq ictimaiyyətin artan təzyiqləri Azərbaycan dövlətinə deyil, hakimiyyəti kommunist nameklaturası tərəfindən ələ keçirmiş rüşvətxor, korrupsioner və nomeklatur məmurlara qarşıdır”. Cebhe.info-ya açıqlamasında AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov belə deyib.

Ə.Orucovun sözlərinə görə, neobolşevik idarəçiliyindən əl çəkilməyəcəyi təqdirdə bu təzyiqlər daha sərt şəkildə intensivləşəcək:

"Doğrudur, bundan Azərbaycan xalqı da müəyyən mənada zərər çəkəcək. Lakin xalqın özü də düşünməlidir ki, nəhayət, bu rüşvətxorlardan yaxa qurtarmağın vaxtı çoxdan çatıb. Xalq ayıq olmalıdır, çünki hakimiyyətə qarşı beynəlxalq təzyiqlər artdıqca, onun həm daxildən, həm də xaricdən müdafiə edənlərin sayı azaldıqca, sosial dayaqlarını sürətlə itirdikcə və fərdi narazılıqlar ictimailəşdikcə daha da aqressivləşəcək, zorakı aparatından çəkinmədən, fəal istifadə edəcək. Bu isə nəticə etibarilə ciddi və təhlükəli qarşidurmalara rəvac verə bilər. Necə ki, Suriyada bunun acı təcrübəsi yaşanır. Odur ki, xalq demokratik qüvvələrə dəstək verməklə, onun arxasında durmaqla aparılan mübarizədə həlledici təsir göstərə və son son sözünü deyə bilər. Bu son söz də hakimiyyətin qansız-qadasız sivil qaydada dəyişdirilməsi deməkdir. Azərbayacanın xilası xalqın iradəsindən və istəyindən asılıdır, bu, onun öz əlindədir”


Millət