Şriftin ölçüsü / 662

Hökümət istefaya getməlidir

16 Yanvar 2016 [13:39]

"Azərbaycan iqtidarı ölkədəki mövcud situasiyanı dərindən dərk edərək, nə qədər ki, böhran özünün pik həddinə çatmayıb, kütləvi narazılıqlar nəzarətdən çıxmayıb, təcili istefaya getməlidir. Çünki indiki hökümət və parlamentlə nənki problemləri çözmək mümkün deyil, əksinə oların qalması durumu daha da qəlizləşdirir”.

Bu fikirləri AMİP Siyasi Şurasının üzvü Əli Orucov səsləndirib. Partiya yetkilisi daha sonra deyib:

"20 ildir siyasi hakimiyyət xalqı talamaqla, əzməklə, israfçılıqla məşğul olub. Ölkənin bütün resursları hakim komandaının sürətlə valnmasına və maqaralqarının təmin olunmasına sərf edilib. Milyardlarla vəsait müxtəlif adlar altında mənimsənilib. On illərdi xalqa yalan vədlər verilib, aldadılıb, əzilib, qorxu və təzyiq altında saxlanılıb. Əvvəl-axır insanalar hər şeyi göz altına alıb haqq səsini, haqlı etirazlarını ucaltmalı idi. Ucaldır da. Hakimiyyət nə yazıqlar ki, insanların tələblərini yenə də özlərinə məxsus şəkildə yanaşır, yozumlayır. Hələ də qəflət yuxusundan ayılmaq istəmirlər ki, kütləvi narazılıqları, etirazları, tələbləri zorakı üsullarla, zor aparatı ilə bozğmaq mümkün deyil. Onlara istədiklərini vermək lazımdır ki, onu da bu iqtidar heç vaxt verməyib. Bu hökumət "çörək”, "iş”, "hüzur”, "azadlıq”, "sağlam rəqabət” , "qanunların aliliyi”, "hüquqi cəmiyyət”, kimi ümumibəşəri məfhumları xalqa vermək iqtidarında deyil”. Regionlardan başlanan mitinqləri həyacan siqnalı kimi xarakterizə edən Əli Orucovun fikrincə, vətəndaşlar bu narazılıqdan dövlətimiz əleyhinə qüvvələrin yararlanmasına imkan verməməlidir:

"Hər bir vətəndaşımız ilk növbədə çox həssas məqamda və regionda yaşadığımızı unutmamalıdır. Bu etirazlardan dövlətimizin əleyhinə yararlanmaq istəyən qüvvələrə vəsilə və hansısasa bəhanə verməməlı, provokosiyalara, emosiyalara uymamalıdır. Hakimiyyətin özü də çalışacaq ki, diqqəti hədəfdən yayındırmaq üçün sosial naraılıqlara siyasi, yaxud da dini ekstremizmi donu geyindirsin. Lakin bu cəhtlər başlanan prosesin qarşısnı ala bilməyəcək. Əksinə, arzuolunmaz səmtə yönəldə bilər.”

AMİP Siyasi Şurası belə dönəmdə müxalifətin də üzərinə böyük məsuliyyət düşdüyünü deyib: "Cəmiyyətin siyasiləşmiş ayrılmaz hissəsi kimi siyasi müxalifət də bahalaşmadan doğan daxili etirazların xaotik və təhlükəli hal almamasına çalışmalı, sağlam mübarizənin çırkli məqsədlərə xidmətinə imkan verməməli, yeri gəldikdə isə məsuliyyəti öz üzərinə götürməyə hazır olmalıdır.”


Millət