Şriftin ölçüsü / 815

Dəmir Ledi

18 Yanvar 2016 [14:47]
Marqaret Tetçeri heç tərəddüd etmədən bəşər tarixinin ən güclü qadınlarından biri adlandıra bilərik. Heç bir çətinlik və problemdən qorxmayaraq, bütün maneələri aşaraq o, 11 il Böyük Britaniyanın baş naziri vəzifəsində qala bilmişdi. Böyük Britaniyada bu vəzifəni öz çiyinlərinə götürən ilk və hələ ki yeganə qadın Marqaret Tetçer olmuşdur.

Pahoo.az sizə "dəmir ledi”nin özündən sonra miras kimi qoyduğu müdrik və sərt sitatlardan bəzilərini təqdim edir.

1. Qadın öz xarakterini biruzə verəndə onun haqqında "ifritə” deyirlər, lakin kişi öz xarakterini biruzə verəndə onun haqqında "əla oğlan” ifadəsini işlədirlər.

2. Məğlubiyyət? Mən bu sözün mənasını başa düşmürəm.

3. Ev işlərində problemlə üzləşən hər bir qadın, demək olar ki, dövləti idarəetmə məsələlərindəki problemləri başa düşür.

4. Əgər "mərhəmətli insanlar”ın yalnız yaxşı niyyətləri olsaydı onları heç kim xatırlamazdı. Onların həmçinin pulu da var idi.

5. Ola bilər ki, xoruz yaxşı banlayır, ancaq hələ ki yumurtanı toyuq daşıyır.

6. Əgər siz nəyisə müzakirə etmək istəyirsizsə kişilərə müraciət edin, əgər həqiqətən nəyisə müzakirə etmək istəyirsinizsə o zaman qadınlara müraciət edin.

Margaret_Thatcher_01

7. Ev mərkəz olmalıdır, qadın həyatının sərhədi olmamalıdır.

8. Mənə qarşı olan şəxsi hücumlara ancaq sevinirəm. Bu o deməkdir ki, düşmənimin artıq heç bir siyasi arqumenti qalmamışdır.

9. Öz düşmənini çox yaxşı öyrənməlisən və yalnız bu halda o, nə vaxtsa sənin dostuna çevrilə bilər.

10. Hər şeyi açıq ürəkliliklə etmək heç də ən yaxşı ideya deyil. Qəlb bağlı qalmalıdır, o, belə daha yaxşı fəaliyyət göstərir.

11. İqtisadi azadlıq olmadan heç bir azadlıq mümkün deyil.

12. Bizim qayğılarımızın 90%-i heç vaxt olmayacaq şeylərlə əlaqədardır.

13. Ölkənin zənginliyi tək onun təbii resursları ilə bağlı deyil, zənginliyi bütün bu resurslar olmadan da əldə etmək olar. Ən vacib resurs insan özüdür. Dövləti insanların bacarıqlarını inkişaf etdirmək üçün qurmaq lazımdır.

14. Qadınlar kişilərdən daha yaxşı "yox” deməyi bacarırlar.

Margaret Thatcher

15. Bu gün qadınların özlərini göstərmək üçün çox imkanları var-onlardan bəziləri hətta ölkələri idarə edir.

16. Mənə hansısa insan haqqında fikir formalaşdırmaq üçün 10 saniyə kifayət edir, sonra isə bu fikir nadir hallarda dəyişir.

17. Bu gün nəzakət çox yüksək qiymətləndirilir, arsızlıq isə qiymətsizdir.

18. Məni tənqid edənlər Temza dalğalarında məni yeriyərkən görsəydilər belə deyərdilər: yəqin ki, o üzə bilmir.

19. Qarşındakı ilə ortaq dil tapmaq üçün mütləq onunla razılaşmaq vacib deyil.

20. Güclü olmaq – bu əsl xanım olmaq deməkdir. Əgər siz insanlara güclü olduğunuzu xatırladırsınızsa, bu o deməkdir ki, siz güclü deyilsiz.

Hazırlayan və göndərən: Asya Cəlilova