Şriftin ölçüsü / 895

Böhrandan çıxmağın bir yolu var: siyasi sistem dəyişdirilməli

29 Yanvar 2016 [14:22]
"Siyasi partiyaların anti-böhran proqramlarının hökumətə təqdim olunmasının səmərə verəcəyi inandırıcı deyil”.

Cebhe.info-ya açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov belə deyib.

AMİP-in geniş və əhatəli iqtisadi və sosial proqramlarının olduğunu deyən Ə.Orucov qeyd edib ki, ərsəyə gətirilən bu mükəmməl proqramları isə çox güclü mütəxəssislər hazırlayıblar:

"Lakin məsələ bunda deyil. Problem ondadır ki, iqtidar yetkililəri özlərini elə ağıllı, elə uzaqgörən hesab edirlər ki, kənardan edilən səmərələşdirici təklif və alternativ prqoramlara diqqət yetirmirlər. Bu baxımdan da hansısa təklifin, yaxud ideyaların hökumətə təqdim olunmasının səmərə verəcəyini düşünmürəm. Böhrandan çıxmağın bir yolu var: siyasi sistem dəyişdirilməli, yenidən inşa edilməlidir, özü də neokommunistlərsiz, rüşvətxorlar və korrupsionerlərsiz”.


Millət