Şriftin ölçüsü / 1367

Səyavuş Novruzov hakimiyyəti ifşa etdi

08 Fevral 2016 [13:48]
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov AMİP lideri etibar Məmmədovla bağlı açıqlaması qarşı tərəfdən kəskin cavablanıb.

Xatırladaq ki, YAP rəsmisi "2003-cü ildə prezident seçkilərində Etibar Məmmədova şəxsən yazılı şəkildə müraciət etmişdi ki, onu dəstəkləyəcək və öz namizədliyini irəli sürməyəcək. Necə deyərlər, bir siyasi partiya rəhbərinə yaraşmayacaq şəkildə, xalq dilində desək, "dilindən yazılı iltizam vermişdi”" ittihamı ilə çıxış edib.

Bununla bağlı Mia.az-a açıqlama verən AMİP funksioneri və adıçəkilən partiyada sədrliyə əsas namizəd Əli Orucov deyib ki, S.Novruzov bu açıqlama ilə bir daha subut edib ki, Azərbaycanda şəffaf seçki olmayıb:

"Onun çıxışı göstərir ki, parlamentə mandat alan bütün deputatlar hakimiyyət tərəfindən təyin olunublar. Yəni ölkədə seçki yox, təyinat olub. Bu açıqlama əslində hakimiyyətin, o cümlədən də iqtidar nümayəndəsi Səyavuş Novruzovun ifşasıdır".

Müsahibimiz deyir ki, bilərəkdən ya bilməyərəkdən hakimiyyətin içi və əsl mahiyyəti YAP-çı deputat tərəfdən ortaya qoyulub:

"O ki qaldı Əli Kərimlinin Etibar Məmmədova "dilindən yazılı iltizam verməsinə", bu da Siyavuş Novruzovun olmayan təxəyyülünün bəsit məhsuludur. AXCP-AMİP sazişi partiyalar arasında bağlanan şazişdir. Bu və ya buna oxşar sazişlər, o cümlədən qarşlıqlı əməkdaçlıq və müxalifətdaxili inteqeasiyaları özündə ehtiva edən sənədləri AMİP zaman-zaman digər siyasu qüvvələrlə də imzalayıb ki, bu da normaldır.

Göründüyü və təsdiq olunduğu kimi, AMİP heç vaxt separat danışıqlara və gizli sövdələşmələrə getməyib, açıq siyasət yürüdüb".

Ə.Orucov deyib ki, iqtidar Azərbaycandakı siyasi institulara illərlə bu cür balta vurub: "İndidə Siyavuş Novruzovla şantaja keçiblər. Cəmiyyət üçün də maraqlıdır, açıb toksünlər, görək, daha hansı hoqqalardan və hansı oyunlardan çıxıblar".


Millət