Şriftin ölçüsü / 732

AMİP Türk xalqına başsağlığı verdi

18 Fevral 2016 [15:50]

Ötən gün qardaş Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada törədilmiş qanlı terror hadisəsi bizi çox sarsıtdı. 29 nəfər hərbi və mülki şəxsin həyatını itirməsi və çoxlu sayda yaralının olması ilə nəticələnən bu xaincəsinə hücumu bütün Türk dünyasına və bəşəriyyətə qarşı təcavüz kimi qiymətləndiririk.

Terrorizmi qətiyyətlə pisləyir və bütün gücləri terrora qarşı qətiyyətlə mübarizə aparmağa çağırırıq. Gələcəkdə belə hadisələrin bir daha təkrarlanmaması və qanlı terror aktını törətmiş qatillərin cəzalandırılması üçün bütün terror təşkilatlarına qarşı səyləri birləşdirmək dünya dövlətlərinin ən başlıca vəzifəsi olmalıdır.

Əziz qardaş və bacılarımız! Kədəriniz kədərimiz, acınız acımızdır! Uca Allahdan həlak olanlara rəhmət diləyir, xəsarət alanlara şəfa istəyirik!

Tanrı Türkiyəmizi qorusun!


Asya Cəlilova