Şriftin ölçüsü / 691

Əhliman Əmiraslanov Saatlıda seçicilərlə görüşdü

22 Fevral 2016 [16:43]

65 saylı Saatlı-Sabirabad-Kürdəmirseçkidairəsindən deputat seçilmiş Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Saatlı rayonunda bir qrup seçiciləri ilə görüş keçirib. Görüş zamanı akademik Əhliman Əmiraslanov sakinləri maraqlandıran məsələlərdən söz açaraq son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə, o cümlədən Saatlıda aparılan quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr barədə məlumat verib.

Kənd sakinləri məmununiyyətlə qeyd ediblər ki, Əhliman Əmiraslanov həmişə seçicilərinin dərdinə şərik olub, mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib və insanları narahat edən məsələlərin həllində onlara yaxından köməklik göstərib. Görüşə toplaşanlar vurğulayıblar ki, Ə.Əmiraslanov dəfələrlə ağır xəstəliyi olan insanların müayinə və müalicə olunmasında onlara yardım edib və çoxsaylı ağır xəstələrin cərrahi əməliyyatını təşkil edib. Daha sonra seçicilər onları narahat edən problemləri səsləndiriblər. Qaldırılan problemlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub. Görüşdə iştirak edən, rayonun Nərimankənd, Dəllər, Yeni Novruzlu, Musabəyli, Bəyli və digər kəndlərdən olan seçicilər əsasən səhhətlərində üzləşdikləri problemlərin həllində Əhliman Əmiraslanovdan yardım istəyiblər. Görüşdə həmçinin, orta məktəblərin sosial problemləri, ali məktəblərdə ödənişli təhsil, qazla təchizat və digər məsələlərlə bağlı məsələlər qaldırılıb.

Əhliman Əmiraslanov sakinləri narahat edən problemlərlə sıx məşğul olduğunu və müvafiq strukturların rəhbərləri ilə bu problemlərin həll olunması məqsədilə görüşlər keçirdiyini seçicilərin diqqətinə çatdırıb: " Kəndlərin qazla təmin olunması məsələsi ilə bağlı bildirmək istəyirəm ki, yaxın müddətdə Saatlıda qazla təmin olunmamış bir kənd belə qalmayacaq. Əhalinin məşğuliyyəti üçün isə yeni fermer təsərrüfatlarının yaradilması ilə bağlı müvafiq strukturlarla müzakirələr aparırıq”.

Saatlıda keçirilən görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev də iştirak edib.


Nisə Rəhimova