Şriftin ölçüsü / 963

İnsanın fiziki sağlamlığı təbiətdə, mənəvi sağlamlığı isə Allaha doğru yoldadır

23 Fevral 2016 [14:11]

İnsan və təbiət bir-birini tamamlayır.Bu əlaqəni az da olsa pozduqda . patalogiyalar başlayır. İnsana və təbiətə məxsus fiziki sağlamlıqlarda olan çatışmazlıqlar bəzən mənəvi gücü də sarsıdır. Təsəvvür edin, atmosfer və torpağın birgə əlaqəsi getdikcə zəifləyir. Elmə məlum olan atmosfer qatında baş verən qara "çatlamalar” faktiki olaraq planetimizdə normal təzyiqlər fərqini dəyişdirir. Müxtəlif ionların birləşməsi və ya maddələrin təbii parçalanmaların pozulur. Başa düşülmək üçün deyək, məsələn hidrogen ilə oksigen birləşməsi getdikcə zəifləyir, yəni təbii bizə uyğun H2O-suyun yaranması pozulur, və ya dəmirin qana oksigen daşıması zəifləyir. Artıq elmdə bu fikirlər var . Faktiki insanın yarandığı mühit anormallaşır.

Bax, ekoloji natarazlıqların nəticəsidir ki, müxtəlif səbəbli xəstəliklər getdikcə sürətlə artır. Ona görə də, məsələn tikinti aparılan yerlərdə ən birinci həmin ərazinin yaşıllaşdırılması, asfaltsız torpaq sahələri, yəni insanın torpaqla , su və təmiz hava ilə təmasının qırılması məsələləri həll olunmalıdır. Sonra müvafiq tikinti aparılmalıdır. İndi nə görürük, tikinti adı altında təbiət tam məhv edilir, faktiki insanlar və insanlıq məhv edilir. Biyabırçılıq ondadır ki, artıq qablarda hava satılır. Bu vəziyyətə gəlib çatmaq ən birinci Allahın insana verdiyi nemətlərin getdikcə məhv edilməsidir. Mənəvi sağlamlıq da getdikcə torpaq kimi eroziyalaşmaqdadır. Bu Allahın dərk edilməməsidir. İnsanlıq getdikcə vəhşiləşir. Quldarlıq dövrünün döyüşləri indi həyata "lisenziyalar” alıb –qaydasız döyüşlər və.s.

Bunlar hamısı Allahın verdiyi insanlığın , insan və təbiətin vəhdətindən asılı olmasının aradan qaldırılmasıdır. Görünür dünya bu gün belə "insanların” nəzarətinə keçib. Allah axırını xeyir etsin. İnsanın insana yaxşılığından başqa , həyatda digər normal bir aparıcı mənəvi sağlamlığımız Allah yolundadır. Fiziki sağlamlığımızın (oxu-gücümüz) resepti isə insan və təbiətin normal vəhdətindədir.

Oxumaq , eşitməyi bacarmaq, insanlıq düsturunu dərk etmək , analiz etmək və nəticələr çıxartmaq təbii insanlar üçündür.

Millətimiz + Dövlətimiz= Müstəqil Dövlətimiz

Aydın Əliyev

Tibb üzrə fəlsəfə doktoru , dosent