Şriftin ölçüsü / 754

Baş nazir yox, hakimiyyətin özü dəyişilməlidir

15 Mart 2016 [19:24]
Cebhe.info-nun "Azərbaycanın yeni baş naziri üçün real namizəd kimdir?” sualını millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və AMİP Siyasi Şurasının üzvü Əli Orucov cavablandırıb.

Millət vəkili Fərəc Quliyev Azərbaycanın yeni baş nazirinin kim olması haqqında düşünmədiyini deyib. Millət vəkili qeyd edib ki, bu, prezidentin təqdimatından, təyinatından asılı olan məsələdir: "Kiminsə də bu məsələdə təklif verməsi absurd məsələdir. Buna görə də, mən bir ad deməyi normal saymıram”.

Əli Orucovun sözlərinə görə də, Azərbaycanda prezident idarəçiliyi var, ona görə də baş nazirin kimin olması o qədər də önəmli deyil. AMİP yetkilisi ölkədə baş nazirin heç nəyi həll etmədiyini deyib: "Böyük funksiyaları da yoxdur. Bunun üçün baş nazirinin özünü göstərəcəyi real meydan da yoxdur. Hər halda bu posta elə adamı gətirəcəklər ki, Artur Rəsizadədən heç nəyi ilə fərqlənməyəcək. Rəsizadədən sonra baş nazirin kim olacağını demək çətindir. Ümumiyyətlə baş nazir yox, hakimiyyətin özü dəyişilməlidir”.


Millət