Şriftin ölçüsü / 643

Xalqa qulluq etməyin başqa, daha xeyirli üsulu varsa göstərin

16 Mart 2016 [14:18]

İdarəçilikdə sistemsizlik və ya sistemin və fundamental istiqamətlərin müəyyənləşdirilməsi.

Düzə əyri, əyriyə düz demə ,

Təpəyə dağ , yovşana gül demə,

Namərdə mərd, gədəyə bəy demə,

Nə olsa, qıraq ölkəyə Vətən demə. (müəllif)

İstənilən prosesin yaradılması və işləməsi onun hansı sistem şəklində qurulmasından asılıdır. Həmin sistemin yaradılmasında məqsəd və nəticə əvvəlcədən analiz edilərək hesablanmalıdır.

Sistemsiz heçnə yoxdur. Sistem yaşamaq üçün qurulmuş vasitələr yığımıdır. Nə cür yaşamaq istəyirsən , həyatdan , insanlardan nə istəyirsən , tarixi prosesləri nə cür görürsən, ictimai fikirləri nə cür qəbul edib – onlara nə cür təsir etmək istəyirsən?

Yəni cəmi analizlər , faktlar , qaneedici nəticələr əvvəlcədən hesablanmalıdır. Ən ekonomik yollar tapılmalıdır. Ekonomik yol həm də bir hadisəyə təsir edəcək amillərin sayının azalması deməkdir. Yəni həmin hadisənin yaşama müddəti və keyfiyyəti artmış olar.

Digər ən əsas məsələlərdən biri sistemin keyfiyyətli olması üçün onun elementləri bir-birini təkrar etməməli, balanslaşdırma və korreksiya etmək funksiyalarına malik olmalıdırlar.

Sistemdə ən aparıcı məqam , onun elementlərinin məsuliyyətli və hesabatlı olmasıdır.

Hesabatlı olmayan hər bir yaradılan sistemin axırı yoxdur.

Belə sistem yaradıcı deyil, nəticədə dağıdıcı , faciələr törədən qurulmuş bir vasitəyə çevrilir.

İctimai mənada sistemin üç növü var.: fərdi, ailə və ümumi əhəmiyyət kəsb edən.

Təəssüfki, fərdə və ailəyə aid olan idarəçilik üsulu – sistemi, ictimai-dövlət əhəmiyyətli vəzifələrdə işləyən fərdlərin bəzilərinin timsalında ümumi-dövlət idarəçilik sistemini üstələyir. Yəni idarə müdiri dövlət işini ailə işinə tabe elətdirir. Bu biabırçılıqdır. Bütün bunların kökündə bir məsələ durur. Seçki.

Unutmayaq ki, Allah insana yalnız valideyni və vətəni seçməyə imkan verməyib. Qalan bütün proseslər ancaq və ancaq azad seçkiyə bağlıdır.

Digər seçki isə fərdin bu və ya digər dövlət işinə təyinidir. Bu da seçkidir. Burada isə gərək fərdin öz işinə professionallığı ,idrakı, qərarları qəbul etməkdə nə qədər düşünmək sərbəst ola bilməsi və nə qədər ümumi fikri qəbul etmək bacarığına malik olması müəyyənləşdirilsin. Xüsusən də yüksək dövlət postu tutan şəxslərdə ən birinci amil olan vətəndaş olmaq xüsusiyyətləri dəqiqləşdirilməlidir.

Yekunda bir-birini təkrar edən , faktiki –praktik olaraq hesabatlı olmayan sistem dağıdılmalıdır. Fəaliyyət istiqamətləri üst-üstə düşən idarələrin birləşdirilməsini gecikdirmək büdcəni çox geri atmaq deməkdir.

İdarəçiliyin fundamental istiqamətlərinin müəyyənləşdirilməsinin kökündə hər yerdə ancaq düzgün seçim durur.

Xalqa qulluq etməyin başqa, daha xeyirli üsulu varsa buyurun göstərin. Qulluqçu sözünün də kökü –qul-dur. Yəni, Xalqın, Vətənin və nəticədə Müstəqil Dövlətçiliyin xidmətində olmaq, qulluğunda durmaq , ən böyük fədakarlıq və tarixi əhəmiyyətli hadisədir.

İnsana hörmət , vətənə və dövlətə hörmət deməkdir və ya əksinə. Vətəndaş olana uğurlar.

Müstəqil bir dövlət olaraq heç olmasa "Jek” "idarəçiliyi” təcili ləğv olunmalıdır. Niyə bu arxiv materialı yürüdülərək ildən ilə ötürülür. Və ən əsası da icra hakimiyyəti nədir, bələdiyyə nədir. Nə üçün artıq bələdiyyə idarəçilik sisteminə keçmirik. Bələdiyyə sözünün kökü –bələd-yəni o yerə,o sahəyə bələd olanların idarəçilik sistemi. Ən nəhayət 40-a yaxın nazirlik və komitələrin bu sayda olması. Təbii ki, balanslaşdırma, korreksiya etmə imkanlarını sıfıra endirir və ya minusa. Niyə bunlar saxlanılır?