Şriftin ölçüsü / 955

Ukrayna prezidenti Pyotr Poroşenko itkilərdən danışdı

31 Mart 2016 [14:28]
"2014-cü ildə Donetsk və Luqansk vilayətlərində başlayan hərbi münaqişədə 10 min adam ölüb. Onlardan 2700 nəfəri Ukrayna SQ-nin hərbi qulluqçularıdır”.

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Konqresdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Donbasda olan itkilərin ABŞ-ın Əfqanıstanda 15 il ərzində verdiyi itkiləri keçir.

"Donetsk və Luqanskda 1,8 milyon nəfər yaşayış yerlərini itirərək, Ukraynanın başqa regionlarına köçüblər. Ukrayna ərazisinin 7%-i işğal altındadır. Ölkə iqtisadiyyatının 20%-i zəbt edilib, yaxud məhv edilib” – Poroşenko belə deyib.

Danışıqlar bir neçə ay davam etsə də, Ukrayna tərəfi Donbasda əsirlikdə qalan 120 nəfəri hələ də geri ala bilməyib. 800 nəfər isə itkin düşmüş sayılır.

Bundan əlavə 11 Ukrayna vətəndaşı Rusiya həbsxanalarında əsir saxlanılır.

Poroşenko deyib ki, Donbasda sülh əldə olunanadək, Krım Ukraynaya qaytarılanadək sanksiyalar qüvvədə olmalıdır.


Millət