Şriftin ölçüsü / 479

Neft yenə ucuzlaşdı

08 Aprel 2016 [13:41]
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,49 dollar yaxud 1,30% ucuzlaşaraq 37,26 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,41 dollar və ya 3,54% ucuzlaşaraq 38,43 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 42 dollar/barel olacağı gözlənilir.


Millət