Şriftin ölçüsü / 581

Türkiyə prezidenti Bakıya gəlir

18 Aprel 2016 [17:57]
Türkiyə Prezidenti BMT SA-nın 7-ci Qlobal Forumunda iştirak edəcək

25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Qeyd edək ki, Forum "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.


Millət