Şriftin ölçüsü / 827

Hər sahədə Nankorluqdan uzaq ol

21 Aprel 2016 [16:29]


Vətən mənə oğul desə, nə dərdim

Mamır olub qayalarında bitərdim.

Məmməd Araz

"Yaşıllığı çox olan yerin qəbiristanlığı kiçik olar”deyiblər.

Yaşıllığı az olan yerdə həkimdən sağlamlıq istəmək ağılsızlıqdır.

Sözün düzü, yeməyin duzu.

İnsanlığı çox olan yerin problemləri də az olar.

Yaşıllığı qır, yerində mərasim və ya digər məqsəd üçün tikinti apar?

Yeganə oksigen mənbəyi olan yaşıllığı məhv etmək cahillikdir. Dövlətin ağacı, sütunu olan insana qarşı çıxmaq da cahillikdir. Torpağa, Vətənə, Ata-Anaya qulluq mənəviyyatdandır.

Vətən oğulunun uğuru Dövlətin uğurudu. Buna əks getmək paxıllıqdır. Paxıllığın kökündə psixoloji problem var.

Yaşıllıq tək ağacla deyil, həmçinin cəmiyyətdə insan düşüncəsinin duyumu ilə də əlaqədardır.

Hər sahədə məndən güclü irəli çıxmalıdır. Güclü dedikdə elm, professionallıq və ən əsası da insanlıq dərk edilir.

Sağlığında deyil, öləndən sonra valideyni yad etmək də ağac qırmaq mənasındadır.

Ağacı yetişdirərlər ki, ağac da bar versin. Ağac həm övladdır, həm də Torpaqdır. Torpaqda Vətən də, Müstəqil Dövlət də yaratmaq olar.

Müstəqilliyi dərk etməmək ən azı öz evinin, ailənin və təbii ki, ata-ananın inkarı mənasına gəlir.

Ağac yetişdirən onun barını da görməlidir. Müstəqil Dövlət yaradanlar ən xoşbəxt, ən uğurlu insan olaraq cəmiyyətin yaşıl ağaclarıdır.

Nankorluq- nan ən azı ərzaq, enerji, yetişdirmək, inkişaf etdirmək, zəhmət çəkmək mənalarını verir, korluq isə məlumdur.

Müstəqil Dövlətçiliyə, Valideyinə, inkişafa və insanlığa qarşı çıxmaq təbii ki, nankorluqdur. Bilə-bilə yalan danışmağın da kökü nankorluqdadır.

Hiss etdiklərim gördüklərimin dərkidir. Ancaq gördükləri əsasında nəticəyə gəlmək hissiyatın kasatlığındandır.

Ən güclü insan özünə gücü çatandır. Kreslo yaxşıdır amma onun "kres” mənası da var.Öz yerini bilən insan da xoşbəxtlərdəndir.

İnsan dərki, Vətən dərki.

Vətənə borc, valideynə borc ömürlükdür.

Vətənə və valideyinə qulluq öz gələcəyinin təminatıdır.

Vaxtında gələn və gedən – problemsiz insan.

Allahı dərk etməyən – insanı haradan dərk etsin.

Allah insanı da, ölümü də eyni vaxtda, eyni mənada yaradıb.

Ən böyük səhv ölümə inanmamaqdır.

Fiziki ölüm sənlik deyil, mənəvi ölüm isə sənin ağlındır.

Aydın Niftalıoğlu.