Şriftin ölçüsü / 649

AMİP Nizamnaməsi dəyişəcək

06 May 2016 [15:12]
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbəti qurultayında partiyanın Nizamnaməsinə bəzi dəyişikliklər olacaq.

Bu barədə APA-ya açıqlamasında partiyanın baş katibi, sədr əvəzi Arzuxan Əlizadə deyib.

A.Əlizadə partiyanın qurultayına hazırlığın yekunlaşdığını və Mərkəzi Şuranın iclasının çağırılacağını qeyd edib: "Mərkəzi Şuranın iclasında qurultayın günü müəyyənləşəcək. Nizamnaməyə ediləcək dəyişikliklərlə bağlı qurultayın vaxtı bir qədər ertələnib. Lakin qurultayı bu yay keçirməyi planlaşdırırıq”.

O, Nizamnaməyə təklif olunan dəyişiklikləri açıqlamayıb.


Millət