Şriftin ölçüsü / 503

41 min daşınmaz əmlak yarıtmaz siyasətin girovuna çevrilib?

06 May 2016 [15:30]
Hökumətin "uğurlu” siyasəti və bu siyasətin yaratdığı mənzərə rəsmi rəqəmlərdə daha aydın şəkildə ifadə olunur. Həm də bu rəqəmləri dövlət qurumları açıqladığına görə hökumət müxalifəti, beynəlxalq təşkilatları, ermənipərəst qüvvələri ittiham edə bilmir.

Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin "Daşınmaz Əmlak” jurnalında maraqlı məlumat dərc olunub. Məlumatda deyilir ki, 2015-ci ildə ölkədə 41,4 min əmlak girov qoyulub. Girov qoyulan əmlakların təqribən yarısı mənzillərdir. Belə ki, 2015-ci ildə 20 mindən artın mənzil girov qoyulub. Sonrakı yeri fərdi evlər (12 min) və torpaq sahələri (4,3 min) tutur. Azərbaycanın daşınmaz əmlak bazarında ən böyük pay Bakı şəhərinin payına düşdüyü üçün ən çox girov da paytaxtda qeydə alınır. Belə ki, komitənin məlumatlarına görə, 2015-ci ildə ölkə üzrə 41,4 min girovdan 20 mini Bakının payına düşüb. Girovların sayına görə sonrakı yerləri Sumqayıt (3,6 min), Abşeron (2,8 min),ÿGəncə (2,5 min) və Xaçmaz (1,6 min) tutub. Ölkədəki girovların 73%-i məhz bu bölgələrin payına düşüb.

Bu rəqəmlər bir daha ölkədəki vəziyyəti, vətəndaşın həyat şəraitini, hökumətin "qayğı”sını ortaya çıxarır. Qeyd edək ki, 2015- ci il ən az kredit verilən il olub. Əgər belə bir dövrdə girov qoyulan əmlakların sayı 41 mini ötübsə, əvvəlki illərdə vəziyyətin daha ağır olduğunu demək olar. Ölkədə elə bir vəziyyət yaranıb ki, insanalarla yanaşı onların sahib olduqları da azadlığını itirib. Faktiki olaraq vətəndaş var-yoxdan çıxarılır. Məmurlara məxsus banklar vətəndaşı tam müflisləşdirməyə xidmət edib. Insanlar zəruri ehtiyaclarını ödəmək, problemlərin həllinə nail olmaq üçün sahib olduqları evi, torpağı, dükanı girov qoyurlar. Çünki, bu ölkədə verilən əmək haqqı ilə heç bir problemi həll etmək mümkün deyil. Uşaq oxudan da, cehiz alanda, toy edəndə, müalicə olunan da kreditə ehtiyac duyur. Insanlar məqsədli şəkildə tələyə salınır. Ölkədə 2.5 milyon kredit borcu olan vətəndaş var, problemli kreditlərin həcmi 2 milyarda yaxınlaşır və hökumət bu təhlükəli tendensiyanın qarşısını almaq istəmir. Əksinə, kredit borcu olanlara göz dağı vermək üçün məhkəmələrdən cəza aparatı kim istifadə edirlər.

Bəli, yüz milyardlarla neft pulunu, insanların taleyini, arzularını mənimsəyənlər, hələ də doymayıblar. Sadə vətəndaşın sahib olduğu daşınar və daşınmaaz əmlaka da göz dikiblər. Bir daha təsdiqlənir ki, bu ölkədə siyasətə qarışmayanlar, hökumətin talançılığına biganə qalanlar da təhlükədən sığortalanmayıb.

Əgər bir ildə 41 mindən artıq daşınmaz əmlak girov qoyulursa, deməli ölkədə rəsmi şəkildə soyğunçuluq hökm sürür. Bir neçə ailə milyarderə çevrilib, milyonlarla insan isə girovdu.

Dünyaya yol göstərdiyini iddia edən, analoqsuz inkişafdan dəm vuran hökumətin yaratdığı mənzərə bundan ibarətdir. Əvvəlcə xalqdan milyardlar oğurladılar, sonra o milyardlardan hissə-hissə yüksək fazilərlə xalqa borc verdilər. Deməli, ikiqat-üçqat soyğunçuluqdan söhbət gedir.

Bir sözlə, bu ölkə bütövlükdə bir rejimin girovuna çevrilib. Nə qədər ki, xalq bu ədalətsizliyə etiraz etməyəcək, o qədər də bu girovluq davam edəcək.


Millət