Şriftin ölçüsü / 611

ALDP qurultaya qərar verdi

14 May 2016 [13:05]
Bugün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyilə Sədr Aparatının iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən "Millət"ə daxil olan məlumata görə, iclasda 28 may Respublika günü ilə bağlı keçiriləcək tədbirlər planı və partiyanın təbliğatının gücləndirilməsi məsələlər müzakirə olunub. Fuad Əliyev Respublika günü ilə bağlı bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu toplantı iştrakçılarının nəzərinə çatdırıb. O, partiyanın Anti-böhran koalisiyanın üzvlərilə birlikdə Novxanıda, M.Rəsulzadənin abidəsininn qarşısında keçiriləcək tədbirdə iştrakı, ALDP Gənclər Təşkilatının (GT) şəhərin mərkəzində keçiriləcək aksiyada iştirakı qeyd edib.

Sədr Aparatının üzvü İbrahim Kərimov ALDP GT-nin aksiyanın keçirilməsi üçün nəzərdə tutulan bütün texniki məsələlərin həll olunduğunu toplantı iştrakçılarına çatdırıb.

ALDP sədri partiyanın təbliğatının gücləndirilməsi məqsədilə qurultayın çağırılmasını təklif etdi. Fuad Əliyev: "Nəzərə almalıyıq ki, son vaxtlar partiyada yenilənmə işləri gedir, yeni üzvlər gəbul olunub. Hesab edirəm ki, bu yenilənmə partiyanın bütün strukturlarında həyata keçirilməlidir. Qarşıda 2018-ci il prezident seçkilər gəlir. Bu seçkilərə yeni komanda və yeni proqramla getmək lazımdır. Bütün bu kimi məsələlərin həlli partiyanın qurultayının keçirilməsinin vacibliyini bildirir. Təklif edirəm qurultay "Azadlıq, Ədalət, Dürüstlük” suar altında bu ilin sentyabr ayında keçirilsin” Təklif toplantı iştrakçıları tərəfindən Rəyasət Heyətinin iclasına müzakirəyə çıxardmaq üçün qəbul olunub.


Asya Cəlilova