Şriftin ölçüsü / 888

Çətin ki həmsədrlər yeni nəsə düşünsünlər.

17 May 2016 [17:19]
Rauf Mirqədirov: "Görünür, Ermənistan mərhələli həll planına razılaşıb"

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü Qarabağ üzrə danışıqlarda nə uğursuzluq, nə də dönüş oldu: tərəflər öz mövqelərində qaldılar.

Bu fikri siyasi şərhçi Rauf Mirqədirov Turan-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, görüş ərəfəsində Ermənistan atəşkəs rejiminin möhkəmləndirilməsinə, insidentlərin araşdırılması mexanizminin tətbiqinə təkid edirdi ki, bu da vasitəçilərin görüşün yekunlarına dair bəyanatında öz əksini tapıb.

Eyni zamanda Yerevan Azərbaycan tərəfin güc tətbiq etməməsi barədə zəmanət ala bilmədi.

Tərəflərin kompromisə hazır olması və mərhələli nizamlanmaya keçidin vacibliyi barədə Sergey Lavrovun bəyanatına görə, vasitəçilər konkret danışıqlara başlamağın vacibliyinə dair Azərbaycanın mövqeyini qəbul ediblər.

"Bundan sonra Azərbaycan mərhələliyin özünün müvəqqəti çərçivəsinin qurulmasına nail olmalıdır. Yəni, danışıqlar müddəsiz ola və daha 22 il davam edə bilməz”, - o bildirib.

R.Mirqədirovun sözlərinə görə, ötən iyirmi ildə bir neçə variant nəzərdən keçirilib – mərhələli, paket nizamlanma, "ümumi dövlət” variantı, "Madrid prinsipləri” və ona oxşar "Kazan formulu”.

"Çətin ki həmsədrlər yeni nəsə düşünsünlər. Odur ki, diqqəti əldə olan variantlara yönəltmək lazımdır və bunun daha münasibi Minsk Qrupunun bütün əvvəlki təkliflərinin elementlərini nəzərə alan "Madrid prinsipləri”dir.

Onlar BMT TŞ-nin Dağlıq Qarabağ üzrə 4 qətnaməsinin tələblərini də əks etdirir. Bu tələblər Azərbaycan ərazilərinin işğaldan azad edilməsini nəzərdə tutur.

Əgər danışıqlar yenidən dalana dirənərsə, Azərbaycan məsələni BMT TŞ-yə çıxarmalıdır. Bundan əlavə, BMT TŞ-nin son qətnaməsində bənd var ki, Təhlükəsizlik Şurası yaxın vaxtlarda ona baxılmasına qayıda bilər", - deyə R.Mirqədirov vurğulayıb.


Millət