Şriftin ölçüsü / 864

Azərbaycanda Ombudsman İnstitutunun fəaliyyəti yox səviyyəsindədir

23 May 2016 [14:37]
"Azərbaycanda Ombudsman İnstitutunun fəaliyyəti yox səviyyəsindədir və varlığı da formaldır. Hüquq müdafiəçilərinin işi də bəzi dövlət qurumları ilə sövdələşmələrdən ibarətdi. Əgər belə olmasaydı Azərbaycanda insan hüquqları ilə bağlı durum günbəgün daha da pisləşməzdi.”

Bu fikirləri AMİP Şiyasi Şurasının üzvü Əli Orucov Ombudsman Aparatının və hüquq müdafiə sahəsindəkı vəziyyətlə bağlı Moderator.az saytına şərhində deyib.

AMİP yetkilis daha sonra bildirib: "Mən heç kimi ittiham etmirəm, bunlar reallığın dilə gətirilməsidir. Vaxt var idi hüquq müdafiəçiləri günahsız həbs edilən hər bir insanın taleyi üçün ciddi narahatçılıq keçirir, onların hüquqlarının bərpası üçün fədakarcasına iqtidarla döyüşürdülər. Amma son dövrlər bunun əksi müşahidə edilir. Güneydə yaşayan milyonlarla soydaşlarımzın İran rejimi tərəfindən ən elementar hüquqlarının müdafiəsi qalsın bir tərəfə, onların acı fəryadlarına iniyədək diqqət yetirilməyib. Bir neçə il öncə GAMOH-un Azərbaycandakı təmsilçisi ilə Güneydə İran rejiminin soydaşlarımıza qarşı həyata keçirdiyi repressiv və assimilyasiya siyasətinə qarşı keçirdiyimiz tədbirdə Güney Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hüquq müdafiəçilərinə müraciət ünvünladıq. Təəssüflər olsun ki, Murad Sadəddinovdan başqa digər hüquq müfafiəçiləri bizim müraciətimizi kompitensiyamıza daxil deyil deyərək heç dinləmədilər də.

Ombudsmanın hər addımbaşı kütləvi şəkildə ölkədə hüquq pozuntularının qarşısının alınmasına hansısa şəkildə töhfə verdiyinə rastlanılmayıb. Halbuki İnsan hüquqları üzrə müvəkkilin çox geniş səlahiyyətləri var. Həbsxanalarda, müvəqqəti saxlama yerlərində, cəzaçəkmə müəssələrində korrupsiya və rüşvətxorluq, qanunsuzluqlar baş alıb gedir, ombudsman susur. Polis idarələrində vətəndaşları döyərək qətlə yetirirlər, ombudsman susur. Günahsız insanlar incidilir, ombudsman susur. Hüquq-mühafizə və istintaq orqanlarında vətəndaşlar ağır təhqirlərə və işgəncələrə məruz qalırlar, ombudsman görməməzlik edir. Hətta təkzib etməyə çalışır. Sual olunur, dövlətə və bu dövləti canı-qanı bahasına quran, bu gün də şəhidlər verərək onu yaşadan bu millətin, bu xaqlın övladlarının pozulan haqlarının qorunmasına müvəkkil olan bir qurumun nəyəsə haqqı çatırmı? Bu artıq vicdan məsələsidir".


Millət