Şriftin ölçüsü / 609

Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Rəqsə səyahət” adlı konsert proqramı ilə çıxış edəcək

23 May 2016 [16:50]
Azərbaycan Dövlət Uşaq Filarmoniyası 31 may 2016-cı il tarixində saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Rəqsə səyahət” adlı konsert proqramı ilə çıxış edəcək.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Rəqs ansamblı” 1991-ci ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında təşkil olunub. Hal-hazırda kollektivdə 4 yaşından 16 yaşınadək 250-dən çox uşaq məşğul olur. Uşaqlara milli rəqslərlə yanaşı dünya xalqlarının rəqsləri professional müəllimlər tərəfindən öyrədilir. "Rəqs ansamblı" fəaliyyət göstərdiyi illər ərzində bir çox müsabiqələrdə iştirak edib. Bu müsabiqələrdə kollektiv dəfələrlə müxtəlif mükafatlarla təltif olunub , o cümlədən, festivalların laureatı kimi adlara layiq görülüb.


Nazilə