Şriftin ölçüsü / 767

Biz könüllü surətdə öz seçimimizi etmək istəyirik

31 May 2016 [16:51]

"Millət.az” saytının 16 may 2016-ci il tarixli buraxılışında "Əfqanıstan veteranları müharibənin hər üzünü görüb” başlıqı yazı verilib. Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa Filialının sədri Mirzahid Hacıyev əməkdaşımızla söhbətində təmsil olunduğu qurumun fəaliyyəti ilə bağlı danışarkən onu da bildirib ki, "Ancaq son zamanlar deyəsən bəzi qüvvələri, ya da kimlərisə Əfqan Veteranlarının bu cür fəaliyyəti qıcıqlandırır. Xüsusən də, Azərbaycan Veteranlar Təşkilatına sədrlik edən general Dadaş Rzayevin müavini Cəlil Xəlilovun heç xoşuna gəlməyir. "...General D.Rzayevə hörmətim var. Ancaq məhz onun müavininin təlimatları ilə Aydın Vəliyev və Arif Əsgərov hərəkətə keçərək bir qrup Əfqan veteranı adından dövlət başçısı və digər qurumlara müraciət ünvanlayaraq Əfqanıstan Veteranları İB-nin Müharibə Veteranları Təşkilatına birləşdirməyi tələb edirlər.”

"Millət.az” saytında gedən həmin yazıda adları çəkilən Əfqanıstan müharibəsi veteranları Aydın Vəliyev və Arif Əsgərov redaksiyamıza gələrək səsləndirilən fikirlərə kəskin etirazlarını bildiriblər: "M.Hacıyevin dedikləri həqiqəti əks etdirmir və bunların hamısı qəsddən əleyhimizə yönəlib. Bizi nə Cəlil Xəlilov təlimatlandırır, nə də kimlərinsə sözü ilə oturub-durmuruq. Biz həyatın hər cür ağır sınaqlarından çıxan insanlarıq. Bizim özümüz istəyirik ki, dövlət bizi necə müharibəyə aparıbsa, elə də yiyəlik etsin. Ona görə də istəyirik ki, heç bir fəaliyyəti olmayan Əfqanıstan Veteranları İctimai Birliyi ləğv edilsin və biz əfqanıstan veteranları da Azərbaycan Veteranlar Təşkilatının tərkibində fəaliyyət göstərək. 27 ildir Əfaqnıstan Veteranları İB yaranıb, indiyədək bir veterana da qayğı və diqqət göstərilməyib. Bizim problemlərimizlə maraqlanan olmayıb. Biz könüllü surətdə öz seçimimizi etmək istəyirik. Buna başqa don geyindirmək və çox hörmətli adamların adını hallandırmaq lazım deyil. "


Millət