Şriftin ölçüsü / 762

AMİP "soyqırım" qətnaməsinə kəskin etiraz etdi

03 Iyun 2016 [17:27]
Azərbaycan Milli İstiqlal Partiyası Almaniya Bundestaqının saxta "erməni soyqrımını” tanıma qərarını kəskin şəkildə pisləyərək bunu Avropa siasətinin növbəti qara ləkəsi kimi qiymətləndirir.

Partiyadan Millət-ə  daxil olan məlumatda deyilir: "Alman tarixçiləri və siyasətçiləri çox yaxşı bilirlər ki, 1-ci dünya müharibəsi zamanı müttəfiq olduqları Türkiyə heç bir xalqa qarşı soyqırım törətməyib.

Daha sonra bəyanatda qeyd olunur: "O zaman Rusiya-Fransa-İngiltərə dövlətlərinin yaratdığı Antanta ittifaqı isə Osmanlı imperiyasını dağıtmaq məqsədi ilə indiki Türkiyə ərazisində yaşamış erməniləri silahlandıraraq 100 minlərlərlə türkün qətlinin səbəbkarına çevirilmişdi. Sonradan bu cinayəti pərdələmək üçün həmin dövlətlər Türkiyə Cumhiriyyətini ermənilərə qarşı soyqrım törətməkdə və onları deportasiya etməkdə günahlandıraraq sərsəm bir ideyanı dünya dövlətlərinə sırımağa başladılar. Osmanlının süqutundan sonra böyük bir coğrafiyada onun varisi kimi mövcud olan Türk Cümhuriyyətini Avropa bu günə qədər də həzm edə bilmir. Çox təəssüf ki, Xocalıda ermənilərin törətdiyi vəhşiliklərə görməzdən gələn Almaniya Bundestaqı da sonunda bu çirkin planın iştirakçısına çevrilərək bundan sonra bu yöndə hər hansı ədalətli qərar vermək iqtidarında olacağını şübhə altına qoydu”.


Asya Cəlilova