Şriftin ölçüsü / 851

Almaniya Bundestaqı erməni yalanlarına və tarixi saxtalaşdıranlara şəriklik edib

03 Iyun 2016 [17:30]
Azərbaycan Milli İstiqlal Partiyası Almaniya Bundestaqının saxta "erməni soyqrımını” tanıma qərarını kəskin şəkildə pisləyərək bunu Avropa siasətinin növbəti qara ləkəsi kimi qiymətləndirir.

Partiyadan Musavat.com saytına daxil olan press-relizin mətnində bildirilir ki, alman tarixçiləri və siyasətçiləri çox yaxşı bilirlər ki, 1-ci dünya müharibəsi zamanı müttəfiq olduqları Türkiyə heç bir xalqa qarşı soyqırım törətməyib.

Daha sonra bəyanatda qeyd olunur: "O zaman Rusiya-Fransa-İngiltərə dövlətlərinin yaratdığı Antanta ittifaqı isə Osmanlı imperiyasını dağıtmaq məqsədi ilə indiki Türkiyə ərazisində yaşamış erməniləri silahlandıraraq 100 minlərlərlə türkün qətlinin səbəbkarına çevirilmişdi. Sonradan bu cinayəti pərdələmək üçün həmin dövlətlər Türkiyə Cumhiriyyətini ermənilərə qarşı soyqrım törətməkdə və onları deportasiya etməkdə günahlandıraraq sərsəm bir ideyanı dünya dövlətlərinə sırımağa başladılar. Osmanlının süqutundan sonra böyük bir coğrafiyada onun varisi kimi mövcud olan Türk Cümhuriyyətini Avropa bu günə qədər də həzm edə bilmir. Çox təəssüf ki, Xocalıda ermənilərin törətdiyi vəhşiliklərə görməzdən gələn Almaniya Bundestaqı da sonunda bu çirkin planın iştirakçısına çevrilərək bundan sonra bu yöndə hər hansı ədalətli qərar vermək iqtidarında olacağını şübhə altına qoydu”. Almaniya Bundestaqı 1915-ci il hadisələrini "soyqırım” olaraq tanıyıb.



Məlumata görə, Osmanlı İmperiyasında ermənilərin kütləvi şəkildə qırıldığı iddia edilən və həmin hadisələri "soyqırım” kimi tanıyan qətnamənin bir nəfər əleyhinə çıxıb, bir nəfər isə bitərəf qalıb. Bundestaqın təsdiqlədiyi sənəddə bildirilir: "Birinci dünya müharibəsi illərində Osmanlı İmperiyası tərəfindən ermənilərn məhv edilməsi, erməni xalqının minillik tarixində böyük iz buraxmış dəhşətli faciə idi. Bir çox müstəqil tarixçilər, parlamentlər və beynəlxalq təşkilatlar ermənilərə qarşı törədilmiş bu cinayəti soyqırım hesab edirlər”.


Bundestaqın qəbul etdiyi həmin qətnaməyə AMİP də sərt reaksiya verib. Partiyanın Siyasi Şurasının üzvü Əli Orucov verdiyi açıqlamada deyib ki, bu qətnaməni qəbul etməklə Almaniya Bundestaqı erməni yalanlarına və tarixi saxtalaşdıranlara şəriklik edib: "Bundestaq nə məhkəmə , nə də hansısa araşdırma qurumu deyil. Hansı tarixi hadisələrin və ya proseslərin soyqırım kimi, yaxud da digər suç kimi qəbul edilməsi, ziddiyyətlidir. ABŞ da yüz minlərlə abrogen xalqlar-hinduları, Qərb müstəmləkəyə aldığı ölkələrdə on minlərlə insanı qətlə yetirib. Almanlar birinci və ikinci dünya müharibəsində təxminən 40 milyondan çox insanın həyatına bais olub. Əgər 1-ci cahan savaşında Osmanlı dövlətinin köçürmə ilə bağlı verdiyi qərar soyqırım adlanırsa o zaman Qərbin törətdikləri qətliamlar, kütləvi qırğınlar və köçürmələr də soyqırm sayılmalıdır. Bu absurd yanaşmadı. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmişdir)da soyqırım termininin hüquqi anlayışı və məsuliyyəti konkret öz əksini tapıb. Və soyqırımla bağlı iddialara yerli yaxud da beynəlxalq məhkəmələr baxaraq qiymət verir. Ermənilərin əlində ciddi və təkzibedilməz faktlar və sübutlar olsaydı çoxdan məhkəmələrə üz tutmuşdular. Lakin həmin iddialar saxta və yalan olduğundan bunun nə tarixçilər, nə də məhkəmələr tərəfindən araşdırılmasına nəinki maraq göstərmirlər, hətta maneçilik törədirlər.”


Ə.Orucovun fikrincə, Almaniya Bundestaqının 1915-ci il hadisələrinin soyqırım kimi tanınması kəskin şəkildə qınanılmalı, Ankara ilə Bakı koordinasiyalı şəkildə addım atmalıdırlar:”Bu siyasi xarakterli qətnamədir və heç bir hüquqi təsiri yoxdur. Lakin məlum qətnamənin arxasında çirkli siyasi məqsədlər gizlənib. Təəssüflər olsun ki, "erməni soyqırımı” iddiaları əslində Türkiyəyə qarşı bir təzyiq aləti kimi istifadə edilir. Birdən-birə Alman Bundestaqının belə bir qətnaməni qəbul etməsi təsadüfi sayıla bilməz. Hesab edirəm ki, məqsədlərdən biri Türkiyə ilə Avropa Birliyi arasına imzalanan qnunsuz miqarantlarla bağlı razışmanın Ankaraya qeyd-şərtsiz qəbul etdirilməsi və qardaş dövlətin Avrointeqrasiyaya yolunu bağlamaqdır. Avropa Birliyində həlledici söz sahiblərindən olan Almaniya bu cür təsir vasitəsinə əl atmaqla Türkiyənin maraqlarını nəzərə almadan öz şərtlərini diqtə etdirmək istəyir. Eyni zamanda Ərdoğanın tutduğu ideoloji xətt və idarəçilik sistemi, həmçinin regionda güclənməsi və təsirinin artması Qərbi narahat etməyə başlayıb. Ona görə də hədəfdə Ərdoğanlı Türkiyənin uzun müddət qalması gözləniləndir və belə addımlar sonucu da olmayacaq. "Baxmayaraq ki heç bir hüquqi mahiyyət kəsb etməsə də, bu qətnamə Azərbaycan üçün də təhlükəlidir”-deyən AMİP yetkilisi qeyd edib: " Bu Ermənistanın işğalçılıq niyyətlərinə və qonşu dövlətlərə qarşı yeni ərazi iddialarına düşmələrinə həvəsləndirəcək. Ermənilər Azərbayacanla yanaşı Gürcüstana və Türkiyəyə qarşı ərazi iddiasını gizlətməyib. Nəticə etibarı ilə Alman Bundestaqı regionda, böyük bir coğrafi ərazidə sülh və əminamanlığa qarşı ciddi və real təhlükə yaradılmasına xidmət edən addım atıb. Çox keçməz ki, Almaniya parlamenti nə dərəcədə böyük yanlışlıq və tarixi xətaya yol verdiklərini anlayacaqlar”.


Millət