Şriftin ölçüsü / 1190

Tikinti şirkətinə gözlənilməz basqın

13 Iyun 2016 [10:38]
Bu barədə  Bəxtiyar Təhməzovun vəkil Ceyhun Yusifov məlumat verib.

 Vəkil bildirib ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən "Eurostroy-S" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində baş verib: "Şirkət həmin ərazidə Hündürmərtəli binalar inşa edir. Rafael və Füzuli adlı şəxslər bir qrup idmançı dostları ilə birlikdə şirkətin ofisinə basqın ediblər. Onlar ofisi dağıdıb şirkətin rəhbər əməkdaşları o cümlədən Bəxtiyar Təhməzov xüsusi amansızlıqla döyərək onlardan hədə-qorxu ilə pul tələb ediblər.

Qeyd edim ki, "Eurostroy-S" tikinti şirkətinə edilən basqın nəticəsində ağır xəsarətlər yetirilmiş və hal-hazırdada səhəti ağır olan müdafiəsi olduğu Bəxtiyar Təhməzov həmin şəxslər tərəfindən ölümcül hala salınıb.1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə təxirəsalınmaz tibbi müdaxilə həyata keçirilir. Hazırda vəziyyətləri çox ağırdır".Basqını həyata keçirən şəxslər mütləq tutulmalı və cinayət məsulliyətinə cəlb edilməlidir. Vəkil bildirib ki, faktla bağlı Cinayət təqibi hələdə başlanmayıb.


Millət