Şriftin ölçüsü / 589

Yaranış günün mübarək, AMİP!

05 Iyul 2016 [13:45]

"1992-ci ilin 3-4 iyul tarixlərində Azərbaycan Milli İstiqlal Partiyasının 1-ci təsis qurulatayının keçirilməsi və ilk olaraq dövlət qeydiyyatından keçməsi ilə Sovetlər Birliyi dağılandan sonra ölkəmizdə çoxpartiyalı sistemin əsası qoyuldu.Yarandığı gündən öz ideoloji baxışlarını açıq şəkildə müəyyənləşdirən,milli dəyərlərin, milli dövlətçiliyin müdafiəçisi kimi prinsipiallığı ilə fərqlənən AMİP eyni zamanda sağ mərkəzçi mühafizəkarlıq ideologiyasını özünün əsas xətti hesab edir". Bu sözləri

Tezis.az saytına verdiyi açıqlamada AMİP funksioneri Elşən Mustafayev deyib.
Yaranış günün mübarək, AMİP!

Elşən Mustafayev deyib ki, yarandığı gündən Etibar Məmmədovun liderliyi ilə çətin və mürəkkəb yol keçən AMİP bütün sınaqlardan şərəflə çıxıb, özünü nəinki Azərbaycanda , həm də beynəlxalq aləmdə ciddi və nüfuzlu siysi qüvvə kimi təsdiq edib, ölkənin taleyi üçün həlledici zamanlarda hər zaman öndə olub, dövət müstəqilliyimizin tanıdılıb möhkəmləndirilməsində xüsusi rol oynayıb: "Bu gün də özünün prinsiplərinə sadiq qalan AMİP müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunması məsələsində kompamissiz mövqeyini davam etdirir. Eyni zamanda ölkədə demokratik dəyərlərin formalaşıb inkişaf elətdirilməsini vacib şərtlərdən hesab edir".

AMİP funksionerinin sözlərinə görə, AMİP- in 56 rayon təşkilatı mövcuddur və partiyanın hər bir üzvünün müstəqilliyimizin qazanılmasında və möhkəmlənməsində ayrı-ayrılıqda çox böyük əməyi olub: "Bütün Milli İstiqlalçıları bu xoş gün münasibəti ilə təbrik edirəm. Yaranış günün mübarək AMİP"!

Tezis.az portalı da bu təbrikə qoşulur və partiyanın banisi Etibar Məmmədov başda olmaqla bütün milli istiqlalçıları təbrik edir!
Yaranış günün mübarək, AMİP!
Yaranış günün mübarək, AMİP!


Millət