Şriftin ölçüsü / 810

Hər kəslə əməkdaşlığa getməyə hazır idilər, təki bircə AMİP və Etibar Məmmədov olmasın

12 Iyul 2016 [14:18]
(davamı)

-Elşad bəy, bir müddət Etibar Məmmədovla işləyibsiniz, ümumiyyətlə onun özündə də regionçuluq varmı ?


-Etibar Məmmədov regionçu deyildi, əslinə baxanda o, regionun qüvvələrindən səmərəli istifadə eləyə bilmədi. Əgər burada qınammalı bir məqam varsa, o da Etibar Məmmədovun məhz region məsələsində düzgün mövqe tutmaması idi. Əslində bu məsələ onda qıcıq yaradırdı və "Milli İstiqlal Region Partiyasıdır” deyildikcə, bu Etibar Məmmədovu regiondan bir az da uzaqlaşdırırdı. Belə götürəndə, Etibar Məmmədovun regonal məsələlərə bu cür münasibətindən sui-istifadə edənlər var idi və bu yolla onu regoondan uzaqlaşdırmağa nail ola bilirdilər. Bir vaxtlar sözügedən region Milli İstiqlal Partiyasını müdafiə edəndə, AMİP də, Etibar Məmmədovun özü də daha güclü idilər. Bütün bu dediklərim baş verdikcə, region yavaş-yavaş partiyanın arxasından çəkildi və AMİP-lə bir yerdə onun liderinin də mövqeləri zəiflədi. Açığı, nə mən, nə də başqa bir kimsə demirik ki, bu saat hamı regionçuluq etməlidi. Amma bütün dünyanın bilib və qəbul etdiyi bəlli qaydalar da var. Tutaq ki, Arakanzasda Klintonun, Yekaterinburqda Yeltsenin, Piterdə Putinin, Spartada Dəmirəlin, Rizedə Məsud Yılmazın dəstəyi hamıdan çox idi və s. İndi bu məsələlər hamı tərəfindən adi hal kimi qəbul olunur. Amma o zaman bu məsələdən xof yaradaraq, AMİP-i region dəstəyindən məhrum etmək istəyirdilər var idi və buna da çox müvəffəqiyyətlə nail oldular.

-Xeyli vaxtdı ki, Etibar Məmmədovdan ayrılıbsınız və tamam fərqli platformalarda və fərqli siyasi cinahlarda yer alırsınız, aradan xeyli zaman da keçib. Istəyirəm çox səmimi şəkildə cavab verəsiniz ki, indi o zaman Cəbhə-Müsavat hakimiyyətində təmsil olunan və olunmayan bir çox adamlar Etibar Məmmədovu xəyanətdə suçlayırlar, Etibar Məmmədov gerçəkdən də xəyanətkardımı? O, "satqın, xəyanətkar” imicini nə qədər haqq edir, kiməsə, nəyəsə, nə vaxtsa xəyanət edibmi?

-O ifadələri siyasətlə məşğul olan və özünə hörmət eləyən heç kim, heç kəsə qarşı işlətməz və ya işlətməməlidi. Bu təşkil olunmuş bir oyundur və müəyyən öyrədilmiş adamlar kimisə nüfuzdan salmaq, siyasi rəqibləri oyundan çıxarmaq üçün belə ifadələr işlədirlər. Indi də bu cür ifadələrin gündəmə gətirilməsi göstərişi birbaşa hakimiyyətin içindən gəlir və istər o vaxt hakimiyyətdə olmuş, istərsə də indi hakimiyyətdə olanların diqtəsi ilə, bəzi siyasi xadimlərə bu cür yarlıqlar asırlar. Amma bütün hallarda bu yarlıqları asanlar öz böyüklərinin sifarişlərini yerinə yetiirlər. Sifariş yerinə yetirənlərlə hər şey aydındı, ancaq heç olmasa, onlara böyüklük edənlər özlərinə hörmət etməli və bu cür qurşaqdan aşağı mübarizə metodlarından əl çəkməlidirlər. Faktiki olaraq bu gün heç kəsə xəyanətkar demək olmaz, o cümlədən də Etibar Məmmədova. Onun hansı xəyanəti olub və kimə qarşı? Bəlkə 1993-cü ilin iyun hadisələri zamanı hakimiyyəti müdafiə etməməyi deyillər?

-Nəyi dediklərini mən də bilmirəm, amma özlərinə sərf edəndə Etibar Məmmədov Elçibəyin generallarından biri olur, sərf etməyəndə isə "satqın, xəyanətkar”. O dönəmin baş naziri olmuş Pəmah Hüseynin böyük bir yazısı getdi, Ali Sovetin cabiq sədri İsa Qəmbər də nələrsə yazdı, hətta Fəhmin Hacıyev belə, öz fb statusunda Etibar Məmmədovu açıq tekstlə satqın adlandırdı. Bir sözlə, son dönəmlərin bütün bu tip açıqlamalarında özlərinin "milli hakimiyyət” adlandırdıqları nəsnənin çökməsində əsasən Etibar Məmmədovu suçlu bildiklərini dedilər. Ümumiyyətlə, bütün bu deyilənlərdə bir həqiqət payı varmı?

-Heç bir həqiqət payı yoxdu, bir şeydən başqa. Əvvəla yenə də deyirəm ki, gəlin çox sakit şəkildə məsələni təhlil edək. Mən o dönəmlər hakimiyyətdə olanlarla və indi onlara züy tutanlarla istənilən vaxt xalqın gözü qarşısında canlı debata çıxmağa hazıram. Ümumiyyətlə, belə bir debatın təşkilinə çoxdan ehtiyac var ki, orada həmin vaxtlar hakimiyyətdə olanlar da, olmayanlar da, o cümlədən Etibar Məmmədov və digərləri iştirak etsinlər ki, məsələyə birdəfəlik nöqtə qoyulsun. Əvvəla, hər kəs bir məsələni sözsüz qəbul etməkludid ki, istənilən halda hakimiyyət xalqın hər hansı bir siyasi qüvvəyə verdiyi əmanətdi. Xalq öz namusunu, qeyrətini, əxlaqını, mənəviyyatını, elmini, təhsilini, sağlamlığını qorumağı , eləcə də hakimiyyətini idarə etməyi bir siyasi qüvvəyə etibar edir ki, bunun da adı xalq tərəfindən verilmiş əmanətdi. O vaxtkı hakimiyyət bütün bu sadaladıqlarımın öhdısindən gələ bilməməklə və hakimiyyəti xalqdan icazə almadan, başqa bir siyasi qüvvəyə, faktiki olaraq, təslim edib və bunun da gerçək adı xalqın verdiyi əmanətə xəyanətdi. Birmənalı şəkildə demək olar ki, əsl xəyanət bax budur ki, onlar xalq tərəfindən verilən hakimiyyəti qoruya bilməyiblər, hərəsi də öz canını və başını götürərək, qaçıblar. Əgər söhbət kiminsə xəyanətindən gedirsə, əsl xəyanət bax budur. Əgər indi biz o dövrdən danışırıqsa, burada da gizli heç nə yoxdu, çox ciddi böhran var idi, hakimiyyətə inamsızlıq hökm sürürdü və nəticə etibarilə həmin hakimiyyətin siyasi səhnədən getməsi labüd idi. Mən burada təzədən təkrarçılığa varmaq istəmirəm, amma istənilən vaxt həmin dövrün mətbuatında dərc olunan rəy sorğularına baxsanız, görərsiniz ki, həmim hakimiyyətin ən nüfuzlu şəxsi olan prezidentin reytinqi ümumi sıralamada 4-cü, 5-ci yerdəydi. Həmçinin də hakimiyyətin öz daxilində bir-birini nəinki qəbul etməyən, hətta məqam düşərsə, batırmağa, məhv etməyə çalışan bəlli qruplaşmalar var idi. Müsavatçılar özlərinin təşkilatlanması ilə, cəbhəçilər isə tamam başqa işlərlə məşğul idilər və faktiki olaraq, dövlət hakimiyyətinin idarəetməsi ya başlı-başına buraxılmışdı, ya da ortalıqda qalmışdı. Eyni zamanda hakimiyyətin içində "Yurtçular”, "Boz qurdlar” və s. kimi, bəzən özlərinin də nə istədiyini də bilməyən qüvvələr mövcud idi. Bütün bu səbəblərdən də həmin hakimiyyətin nə yekcins daxili siyasəti, nə də ölkənin strateji maraqlarını güdən xarici siyasəti var idi. Bir sözlə, bütövlükdə ölkənin idarəetməsində ciddi problemlər mövcud idi. Amma ədalət naminə bir şeyi də demək lazımdı ki, bütün bu sadaladıqlarımdan kənarda, o dövrün reallıqlarından doğan obyektiv problemlər də çox idi. Tutaq ki, ölkədə pul yox idi, dövlətin dərhal həllini tələb edən bir çox layihələri həyata keçirmək üçün maddi və mənəvi vəsaitləri yetərsiz idi. SSRİ adlı böyük və güclü bir ölkə yenicə dağılmışdı və bu dağılmanın nəticələri kimi ortaya çıxmış problemli məsələlər də var idi və s. O cümlədən də hakimiyyətə gələn adamların hamısı, dövlət idarəçiliyi baxımından hər hansı təcrübəyə malik deyildilər. Bəlkə də elə bu səbəbdən idi ki, onlar idarəetməni müəyyən qədər ayaqda tutmaq üçün ilk növbədə kommunistlərlə əməkdaşlığa getdilər. Və məhz kommunistlərlə əməkdaşlıq sayəsində yaradılmış bir hakimiyyətə heç bir halda "milli hakimiyyət” demək olmaz, bu hibrit bir hakimiyyət idi. Indi özünüz düşünün, necə ola bilir ki, kommunistlər və onların iştirakı ilə qurulan bir hakimiyyət milli olur, ancaq milli azadlıq hərəkatından gəlmiş və təpədən dırnağa milli düşüncəyə sahib olan bizlər milli olmuruq? Əvvəlcə o suala cavab verilməlidi ki, bunlar niyə məhz kommunistlərlə əməkdaşlığa getdilər? Amma burada da vəziyyət aydındı və gizlətməli də bir şey yoxdu, həmin dövrdə əsas milli demokratik qüvvə və aparıcı güc mərkəzi Milli İstiqlal Partiyası və orda olan adamlar idi. O dövrdə fəaliyyətdə olan AMİP-də, əsasən gənc, enerjili və milli düşüncənin, milli təfəkkürün daşıyıcıları olan insanlar toplaşmışdılar. Bu və ya digər səbəblərdən də, o zaman hakimiyyətə gəlmiş və ya gətirilmiş şəxslərin Etibar Məmmədova qarşı qısqanclıqları var idi və həmin proses indinin özündə də davam eləyir. Əslində, bunların vaxtilə Elçibəyi müdafiə etmələrinin əsas səbəbi də bununla bağlı olub. Bütün bu dediklərimdən dolayı, o dövr hakimiyyətdə olanlar hamı ilə, hər kəslə əməkdaşlığa getməyə hazır idilər, təki bircə AMİP və Etibar Məmmədov olmasın. Təsəvvür edin ki, hətta ən kritik vəziyyətlərdə belə, aparılan danışıqlar prosesində Elçibəy tərəfindən bu danışıqlara göndərilmiş şəxslər, gəlib guya öz təşəbbüsləri ilə gəldiklərini bildirdilər. Proseslərin sonunda yenə də bunların özləri hakimiyyəti, hətta Heydər Əliyevə belə verəməyə ona görə razı oldular ki, nə olursa olsun, təki Etibar Məmmədov olmasın. Yeri gəldi, burda bütün bu məsələlərə bir şeyi də əlavə edim ki, məsələ Etibar Məmmədov və AMİP-lə nə qədər bağlıydısa, bir o qədər də işin içində batyaq haqqında danışdığımız regoon nəsələsi var idi. Çünki indi adını "milli” qoyduqları hakimiyyətdə söz və mövqe sahibi olanların əksəriyyəti təpədən dırnağa qədər regonçu idilər. Dediyim kimi məsələ həm Milli İstiqlalla bağlı idi, həm də regionla və bunlar o dövrdə AMİP-ə ciddi dəstək verən, real qüvvə kimi ortada olan Qərbi azərbaicanlıların təmsilçilərini hakimiyyətdə görmək istəmirdilər. Baxin, bunlar o zaman da indi də özlərinə "türkçü” deyirlər və o zaman da, indi də Qərbi Azərbaycandan gələn soydaşlarına "yeraz” deyərək, onlara yuxarıdan aşağı baxırlar. Nədənsə bu haqda heç kim danışmaq istəmir, amma mən açıq deyirəm ki, bu adamlar yenə də var və yenə də həmin qafayla düşünür və hərəkət edirlər. Kimə gəldi hakimiyyəti də verərlər, kimnən desən əməkdaşlığa da gedərlər, təki bircə Qərbi azərbaycanlılar olmasın. Əsas məsələ də budur və etiraf etməyə gücləri çatmasa da, bütün məsələlərin kökündə dayanan əsas amillərdən biri də budur.

Siz həm də hüquqşqnassınız. Pnah Hüseyn o dövrlə bağlı yazısında deyir ki, Rəhim Qazıyev Elçibəyi şantaj edərək Surətin Milli Qəhrəman fərmanını imzalatdı. Bu məsələni dövlət və dövlət hüququ adına necə dəyərləndirirsiniz? Ümumiyyətlə Elçibəyi necə tanıyırsınız və onun prezident kreslosunda şantaja boyun əyməsi nə qədər realdı və ya belə bir şey mümkündürmü?

(davamı var)


Millət