Şriftin ölçüsü / 499

Müxalifətə düşmən gözü ilə baxmaq AXC hakimiyyətindən miras qalıb

13 Iyul 2016 [14:08]

4 iyunla bağlı qaragürühçüların və xüsusi öyrədilmiş adamların mətbauata verdiyi müsahibə və açıqlamalardan az qalır mənim özümdə də bəzi "şübhələr” yaratsın. Adam az qalır AMİP lideri Etibar Məmmədova müraciət edərək haqsız və əsassız da olsa desin:

Etibar bəy, Siz gərək komanda kimi formalaşmayan AXC-nin ayrı-ayrı hakimiyyət nümayəndələrinin özbaşına hərəkətlərindən xəbərsiz qalan prezidentin, Milli Məclis və hökümətin tərkibində olan Moskva yönümlü kommunistlərin (gündə bir nala-mıxa vuran) yerlərdə qoyun otaranı, qarpız əkəni icra başçıları təyin edənlərin bütün "fəaliyyətlərinə” cavabdeh müxalifət partiyasının sədri olaraq AXC hakimiyyətinin özləri tərəfindən olsa da belə yıxılmasına imkan verməyəydiz.

Siz onların əvəzinə Milli Məclisə seçkilər keçirib SSRİ ruhu canından çıxmayanlardan təmizləməli idiniz. Axı onlar söz vermişdilər ki, hakimiyyətə gələndən bir neçə ay sonra Milli M’clis’ azad seçkilər keçirəcək. Nə olsun onlar söz vermişdilər, Siz bu işləri görməli idiniz.

Siz, Etibar bəy, Surət Hüseynovu korpus komandiri təyin etməsəniz və hətta onu Milli Qəhrəman adına layiq görməsəniz də yenə onun da bütün hərəkətlərinə cavabdeh Siz idiniz.

Gəncə şəhərinin üzərinə 7 növ qoşunu Siz göndərməsəniz də, qardaş qırğınının qarşısını siz almalı idiniz. Çünki, ordu və digər hüquq-mühafizə orqanları yəqin ki pezident olmasanız da sizə tabe imişlər.

Açığı Etibar bəy, bunların belə sayıqlamalarından mən də qorxaraq Siz sözünü böyük hərflərlə yazdım.

PS. Sizin Azərbaycan müstəqilliyinin ilk dəfə qardaş Türkiyə və həmişə Azərbaycana arxa olmuş Pakistan tərəfindən tanınmasında nümayəndə heyətinin rəhbəri kimi gördüyünüz müstəsna fəaliyyətləri isə bunlar etmişlər. Hətta Türkiyənin Azərbaycanın müstəqilliyinin tanınmasında SSRİ-dən çəkinəcək addımların da qarşısını yəqin bunlar Bakıda yeyib, içə-içə almışlar.

Sizin faşizmin yaranmasında risk faktoru rolu oynamış kommunist həbsxanasında –Lefertovada 270 gündən artıq qalmanızı da bunlar 5-10 gün adlandırırlar.

Siz gərək tətillər vasitəsi ilə Ermənistanda sərhədlərin bağlanmasını da öz üzərinizə götürməyəydiniz.

Hörmətli Etibar bəy, Azərbaycan torpaqlarını tarixən rus imperiyası deyil, Siz işğal edibmişsiniz.

Siz dəfələrlə Milli Məclisdən , Daxili İşlər Nazirinin kabinetində Azərbaycan müstəqilliyini qorumaq üçün böyük tarixi şəxsiyyət, rəhmətlik H.Əliyevə bəlkə elə zəngləri yalvara-yalvara siz edirdiniz?

Axı televizorda Naxçıvana edilən zəngləri kimlər ediblər xalq görübdür. Orada isə siz görünmürsünüz . "Müsavat” partiyasını iqtidarda bir komandada olanda yəqin sizin tap.ırığınızla İsa Qəmbərin dəstəsi yaradıb.

Milli istiqlalçılıq-hətta səninlə şəxsi mənada uyğun gəlməsə belə , kimsə Azərbaycan müstəqilliyinin yaranması,qorunub saxlanması və demokratik cəmiyyətin qurulmasında fəaliyyət göstərib və göstərirsə o şəxsə həmişə böyük hörmət və ehtiram etmək qabiliyyəti deməkdir.

Milli istiqlalçılıq-hakimiyyəti idarə edə bilməyən , faktiki idarəçilik mexanizmlərindən anlayışları olmayan , müxalifətə düşmən gözü ilə baxanların qorunub saxlanılması demək deyildir.

Faktiki müxalifətə düşmən gözü ilə baxmaq AXC hakimiyyətindən miras qalıbdır.Vətən sevgisi ilə dövlət idarəçiliyi üst-üstə düşməlidir. Bunlar bir-birini tamamlamayanda faicələrə səbəb olur.

Aydın Əliyev
Tibb üzrə fəlsəfə doktoru, ATU-nun dosenti.
AMİP Mərkəzi Şurasının sədri