Şriftin ölçüsü / 968

4 iyunun cavabsız qalan sualları

13 Iyul 2016 [14:15]
4 iyun hadisələri əvvəlki illərdən fərqli olaraq bu il xeyli vaxt aparsa da, müzakirələrin və ittihamların istiqaməti dəyişməz qaldı. Günahkarlar etirafda bulunmaq əvəzinə, yeni-yeni yalanlar uydurur, iftiraların rəngini daha da tündləşdirərək, hətta, təhqirlərə, konkret böhtanlara da əl atdılar. Lakin ötən illərdən fərqli olaraq bu il qaragürühçülar və böhtançılar daha ağır və effektli zərbə aldılar. Elə bir cavab ki, hələ də mağmun durmdan çıxa bilməyiblər. Bəlkə də belə bir çıxılmaz vəziyyətlə üzləşəcəklərini düşünmürdülər. Ancaq cəmiyyəti düşündürən bir sıra vacib sualların əsaslı izahı hələ də qalır. AMİP lideri Etibar Məmmədovun 24 iyunda mətbuatda işıq üzü görən "Bir daha 4 iyun haqqında” sərlövhəli məqaləsində toxunduğu məsələlərə nədnəsə hələ də aydınlıq gətirən yoxdur.

Özlərini "milli hökümət” adlandıranlar çıxıb deyə bilmirlər ki, Etibar Məmmədovun yazısında deyilələr nə dərəcədə doğrudur? Yazıda səsləndirilən sorulara arqumentlərlə cavab vermək əvəzinə, o dövrün ikinci rəsmi şəxsi sayılan Ali Sovetin sədri İsa Qəmbər yenə də ümumi sözlərlə məsuliyyətdən qaçmağa çalışmış, üstəlik də, tərəfdarlarına "böhtanı davam etdrin” anlamı verən çağırış edib. Yaxud da həmin məsələlərə aidiyyatı olmayan, AXC iqtidarında 100-cü şəxs sayılmayanlar güya öz mülahizələrinə görə "cavab veriblər”. Halbuki nə Osman Kazımovun, nə Bəybala Əbilin, nə Oqtay Qasımovun,hətta, Mirmahmud Fəttayevin də cavablandıracağı suallar deyil həmin suallar. Yeri gəlmişkən, KXCP sədrinin böhtançılara qoşularaq yaraşmayan iddialar və ittihamlar səsləndirməsi bir qədər maraq doğurdu. Əvvəla, ona görə ki, dindən-imandan, haqdan-ədalətdən dəm vuran adam gərək əməli saleh olmalı, haqqı nahaqqa verməməlidir. Əlalxüsus da müqəddəs Ramazan ayında. Onun hətta Etibar Məmmədovun 9 ay Lefertofo zindanında həbsinə də şübhəli ehyamlar irəli sürürür. Ehtimalların isə heç bir dəlil subut olmadan dilə gətirilməsinə dində sui-zənn deyilir və bu isə ən ağır günah sayılır. Qəribəsi odur ki, xəyanətdə ittiham etdiyi şəxslə dünənə kimi sıx münasibətləri olmuş, nələrisə də umaraq, bəzilərini də əldə etmişdir. Burada məntiqi sual yaranır, M.Fəttayevin nədənsə şübhəsi, ehtimalı var idisə, cəbhə hakimiyyəti dövründə Etibar Məmmədovun DTK-nın arxivlərinin açılması barədə təkidli tələblərini niyə dəstəkləmirdi? Niyə ötən 23 il ərzində "xəyanəti” sübuta yetirəcək addımlar və hərəkətlər edilməyib. Bu illər ərzində əksi baş veribsə, deməli xəyanətı və xəyanətkarlığı elə özü edib. Nəfsinə yenilərək ləyaqətinə xəyanət edib. Başqalarına ləkə yaxmaqla nəyisə əldə etməyi düşünübsə, ən böyük ləkə budur. Qəlbi qaralıq, nəfsin qulu olmaq və vicdanı ləkəli gəzmək dəhşətdi! Bundan o yanı cəhənnəm əzabıdır!

Yazının üzərindən xeyli müddət keçməsinə baxmayaraq, AXC iqtidarının səlahiyyətli və "baş bilənləri” sükuta üstünlük verirlər. Lakin cəmiyyət aydınlatma gözləyir. Cavab verilməlidir ki, 23 il ərzində "Müsavat” və KXCP-də daxil nə üçün hadisələri AMİP kimi müzakirəyə çıxarıb, qiymət verməyiblər. Yeganə partiyadır ki, AMİP kollegial qurumda müzakirə edərək, Gəncə hadisələrini başlanğıc olaraq xalq üsyanı, hərbçilərin hərbi hissədən çıxmasından sonra baş verənləri isə qiyam kimi tanıyıb. Bu bizim 1993-cü ildən rəsmi mövqemiz olub. Fikrimcə, AXC iqtidarında yüksək vəzifələrdə olan partiya liderləri belə müzakirələrdən ona görə çəkinir və qaçırlar ki, çox qaranlıq mətləblər aydınlaşağaq və bir-birlərinin üzünə duracaqlar. Əgər belə deyilsə buyurub daxillərində müzakirəyə çıxartsınlar.

Etibar Məmmədov haqlı olaraq sual edir ki, "1993-ci il iyun ayının 2-də Milli Məclisin iclasında bir əməliyyat hazırladığınızı açıqladım və bunun ağır nəticələri haqqında xəbərdarlıq etdim. Əvəzində nə etdiniz?”
Sizlər anlamadınız ki, uzun illər milli-azadlıq uğrunda mücadilə vermiş insanlar dövlət strukturlarının formalaşmasını və milliləşməsini, iqtisadiyyatın liberallaşdırılmasını, cəmiyyətin demokratikləşməsini istəyir. Əvəzində nə verdiniz dövlətə və cəmiyyətə? Necə öhdəsindən gəldiniz, gələ bildinizmi bu gözləntilərin?”

Gəncəyə qoşun yeritmək əmrini verənlər indiyədək də bunun məsuliyyətini nəinki üzərinə götürmür, həttə boyunlarına almırlar. Gəncədə "Tufan” adlı əməliyyatın keçiriləcəyi barədə ana müxalifət lideri Etibar Məmmədovun xəbəri olur və bu addımın atılmaması barədə parlamentdə, çəkindirici çıxışını edir, amma heç bir dövlət görəvlisi bunu etiraf etmir. Gəncədə nə baş verməsi barədə Milli Məclisə hadisələrdən sonra da hesabat verilmir. Hadisələr prezident Əbülfəz Elçibəyin yanında müzairə edilib, yazan Pənah Hüseyn Baş Nazir olaraq bilməmiş deyildi ki, daxili məqsədlər üçün ordudan istifadə qadağan idi və yalnız parlamentin razılığı əsasında bu mümkün idi. İkincisi də parlament qarşısında hesabat vermək onun və hökümətinin vəzifəsi, borcu idi. AMİP-in də tələbi ondan ibarət idi ki, parlamentin razılığı olmadan ordunun daxili məqsədlər üçün hərbi əməliyyatlar keçirməsinə kim əmr verib? Ancaq bu baş vermədi. Bu günə qədər də bəlli deyil ki, Gəncədə qanuna zidd hərbi əməliyyata başlama əmrini orduya və güc strukturlarına kim verib, ölkənin az qala bütün güc strukturlarını kim ora göndərib? Bu məsuliyyəti üzərinə görürən hələ də yoxdur.

"Milli qüvvələrin” idiyədək aydınlatmadığı sorulardan biri odur ki, hakimiyyəti 9 dövlətin razılığı ilə ələ keçirərkən, bu hansı dövlətlər idi və qeyri-milli, agent, satqın, Moskvanın nökərləri adlandırdığınız başda baş nazir postunu verdiyiniz Rəhim Hüseynov olmaqla kommunistlərlə niyə böldünüz? Halbuki xalq həmin insanlardan cana doymuşdu. Hakimiyyət çevrilişi onlarda az-çox ümid yaratmışdı. Üstəlik də, nə cəmiyyət demokratikləşdi, nə iqtisadiyyat liberallaşdı, nə də dövlət strukturları möhkəmləndirildi. Kadrlar sadiqlik, dostluq və iqtidardaxili qruplaşmalara yaxınlıq üzrə seçildi. Peşəkarlara imkan yaradılmadı. Siyasi müxalifətə təzyiqlər, basqılar, hücumlar daha da artdı. Hərə özünə silahlı dəstələr yaratdı. Parlament buraxılmadı, yeni Ana Yasa qəbul edilmədi, yeni seçkilər keçirilmədi. Qanunlara əməl edilmədi, "onun yanından keçildi”. Asayışın və vətəndaşların hüquqlarının qorunmasına birbaşa cavabdehlik daşıyan Daxili İşlər Nazarliyinin rəhbəri canlı yayında efirə özbaşına daxil olaraq müzakirə iştirakşıları təhqir etdi. Bu təkcə dövlət televiziyasında debatda iştirak edənlərə olan münasibət deyildi, həm də Azərbaycan tamaşaçılarına gəstərilən neqativ yanaşma idi. Qurulan bu "hibrit” höküməti "milli” elan etməyinizə baxmayaraq, xalq bunu heç vaxt milli saymadı və çünki siz də zatən xalqı saymadınız, ona arxa çevirdiniz. Etibar Məmmədov demişkən, "siz artıq hakimiyyəti ələ keçirərkən məğlubiyyətə məhkum olduğunuzu dərk etməli idiniz. Lakin siz dövlətin və hakimiyyətin məsuliyyətini dərk etmək iqtidarında deyildiniz. Çünki sadə məişət problemlərinin həllində aciz qalan, sosial statusu qeyri-müəyyən insanların dövlət quruculuğuna və müstəqilliyin qarşısında duran nəhəng problemlərin həllinə qalxışması irrasional idi”.

"Cəbhə ideologiyasını dövlət ideologiyası elan etməliyik” - başqa biri isə bu totalitarizm qoxulu şüarı AXC-nin qurultayında elan edir və alqışlar qazanırdı.
Proqramı dövlətin proqramı olan, ideologiyası dövlətin ideologiyası olan, nizamnaməsini isə Konstitusiyaya çevirmək istədiyiniz AXC-nin kommunistlərdən zehniyyət fərqi nə idi?
Belə deyimlərlə, yanaşmalarla müqəddəs ideyalarımız hörmətdən salındı, insanların azadlığa, demokratiyaya, qanunların aliliyinə olan inamı sarsıldı”. Düppədüz səsləndirlən fikirlərdi. Sizlər demokratiya bunamı deyirsiz? Yaxud da, demokratiya barədə düşüncələriniz bu qədər bəsitkən, nə haqla uzun illərdir demokratiya və hüquqi dövlət barədə, gecə gündüz bu xalqa moizə oxuyursuz.

Əgər özünüzdə təpər və cəsərət tapa bilirsinizsə əsaslı şəkildə təkzib edin ki, prezidentin 1 iyul, 1992-ci il tarixli fərmanının 6-cı bəndinə əsasən daxili işlər orqanlarına vətəndaşları məhkəmə qərarı olmadan 30 günədək təcrid etmək səlahiyyəti verilməyib, 1992-ci ilin oktyabrında Naxçıvanda silahlı yolla Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaq üçün uğursuz cəhd etməmisiniz, 1992-ci ilin dekabrında AMİP-in qərargahını zəbt etmək üçün hərbi polis göndərməmisiniz. İyun ayının 3-də Bakının küçələrinə zirehli texnika çıxarıb Milli Məclisi mühasirəyə almamısınız və başınız daxili çəkişmələrə qarışmayıb. Hakimiyyət daxilində yeni partiya yaradaraq,onun başqanının təbliğini prioritet vəzifəyə çevriməmisiniz. Eyni zamanda öz daxilinizdə dünən qəhrəman etdiyiniz adamı sonra düşmənə çevirir və amansız təqib əmri verirməmsiniz və s.

Özlərini "milli hökümət” adlandıranlar niyə indiyədək cavab verə bilmirlər ki, o necə milli hökümət idi ki, bir ovuc qiyamçının qarşısında duruş gətirə bilməyərək pərən-pərən düşdü? Əvvəlcə yerlərdəki nümayəndələri, sonra isə mərkəzi hakimiyyət orqanları onlara etibar edilmiş vəzifələrini qoyub qaçdılar. Milli olan hökmət xilası müxalifət liderindən, müxalifət partiyasından deyil, arxalandığı millətdən, xaqldan istəməli idi. Niyə xalqa, millətə, "milli hökümətlərini, qorumaq və dəstəkləmək üçün müraciət edilomədi? Bəli, "Ölkəyə rəhbərlik etmək iddiasında olanlar bilməlidirlər ki, xalq sizə müstəqilliyini, dövlətini, canını, malını və namusunu əmanət edir. Bu əmanəti qoruya bilməyənlər belə yükün altına girməməlidirlər. Həmin qərarın olmaması, meydana çıxmaması üçün həmin əmanətin sahibi ya gəlib yerində oturmalı, ya da istefa verməli idi”.

Bu suallar təkcə Etibar Məmmədovun yazısının sualları deyil. Bu xalqın və millətin o dövrün səlahiyyət sahiblərindən hələ də cavab ala bilmədiyi sorulardı. Hansılar ki, 23 il əvvəl xalqa, millətə necə münasibət sərgiləyirdilərsə, indi də eyni münasibətdə də qalırlar. Özlərini "Milli Hökümət” adlandıran "bəylər”, AXC hakimiyyətinin yüskək və qeyri-məhdud səlahiyyət sahibləri cəmiyyət sizlərdən verilən suallara cavab gözləyir.



Əli Orucov

AMİP Siyasi Şurasının üzvü, politoloq.